Abubakarın yeni klubu

Abubakarın yeni klubu
İDMAN
16:39 29.08.2026
145
"Neftçi”nin sabiq futbolçusu Vensan Abubakarın yeni klubu müəyyənləşib.

34 yaşlı hücumçu karyerasını "Bodrumspor”da davam etdirəcək. 

Bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Türkiyə təmsilçisi kamerunlu oyunçu ilə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Abubakar 2025-ci ilin oktyabrından bu ilin may ayınadək "Neftçi”nin formasını geyinib. O, "ağ-qaralar”ın heyətində 18 matça çıxaraq, 9 qol vurub.

///qafqazinfo///
OXŞAR XƏBƏRLƏR