Abutalıbov Milli Şuranın mitinqinə “hə” dedi

SİYASƏT
16:59 06.11.2014
997
Mitinq “Məhsul” stadionunda keçiriləcək.
Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab gəlib.
AZXEBER.COM xəbər verir ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlının APA-ya açıqlamasında bildirdiyinə görə, BŞİH Milli Şuranın noyabrın 10-da saat 15:00-da keçmiş “Məhsul” stadionuna təyin edilən mitinqinə razılıq verib.
Xatırladaq ki, Milli Şuranın mitinqi siyasi məhbusların azad olunması tələbi ilə keçiriləcək.
OXŞAR XƏBƏRLƏR