Abutalıbovun yaxın adamı qadına 505 min dolları necə "atıb"? - TƏFSİLAT

Abutalıbovun yaxın adamı qadına 505 min dolları necə "atıb"? - TƏFSİLAT
SOSİAL
12:04 18.02.2017
974

Tamara Həmidova ilə Bakı merini daha nə birləşdirir?


Bakı Şəhər İcra Hakimiyyətinin sabiq mühasibi Tamara Həmidovaya qarşı dələduzluğun yeni təfərrüatları haqda məlumatlar əldə etmişik. Ötən saylarımızdan birində xəbər vermişdik ki, T.Həmidovanın 505 min dolları ələ keçirilib. Məsələ belə olub ki, 2013-cü ildə Gündüz Bağırov və Çingiz Təndirov ortaq tanışları vasitəsi ilə T.Həmidova tanış olublar. Onlar qadını inandırıblar ki, Birləşmiş Ərəb Əmirliklərində böyük bizneslə məşğuldurlar.


Əllərindəki milyonlarla pulu biznesə yatırıblar, dövriyyəni böyütmək üçün onlara əlavə vəsait lazımdır. Sabiq baş mühasibdən biznesə yatırmaq üçün pul istəyiblər. Bu yolla T.Həmidovadan 2013-2014-cü illər ərzində ümumilikdə 505 min dollar pul alıblar və ona hər ay faiz verəcəklərini vəd ediblər. İlkin dövrlərdə sabiq baş mühasibə faizlər verilsə də, sonradan proses dayandırılıb. T.Həmidova bir neçə müraciətdən sonra ona pulu verməkdən imtina ediblər. Deyiblər ki, hara istəsə şikayət edə bilər. T.Həmidova deyildiyi kimi də edib. Bir çox ünvanlara şikayət ünvanlasa da, aylarla davam edən araşdırmalardan sonra ona məhkəməyə müraciət etməyi məsləhət biliblər/

Aldığımız məlumatda bildirilir ki, T.Həmidova faizləri deyil, əsas məbləği almaq üçün bu gün də çalışır, davamlı olaraq Prezident Administrasiyasına, hüquq mühafizə orqanlarına şikayətlər edir. O, faizlə borc verdiyi 505 min dolları illərlə topladığını gizlətmir. Pulların mənbəyi haqda bilinən isə budur ki, keçmiş mühasibin vaxtilə Bakı Şəhər İcra Hakimiyyətində işləyərkən Hacıbala Abutalıbovla yaxşı münasibətləri olub. Həmin vaxt T.Həmidova Bakının müxtəlif ərazilərindən çoxlu torpaqlar əldə etməyə nail olub. Onun Bakının əksər rayonlarında - Sabunçu, Səbayel, Xəzər, Yasamal, Nizami rayonu ərazisində çoxsaylı torpaq sahələrinə sahib olduğu bilinir. Həmin torpaq sahələrinin əksəriyyəti ilə bağlı T.Həmidovanın məhkəmə çəkişmələri olub. Çox vaxt torpaqların başqa şəxslərə məxsus olması üzə çıxıb, T.Həmidova məhkəmələrə çəkilib. Belə məhkəmə çəkişmələri uzun müddət Səbayel, Sabunçu, Xəzər Rayon Məhkəmələrində araşdırılıb.

İddialara görə, T.Həmidovanın sabiq milli təhlükəsizlik nazirinin yaxın çevrəsinə daxil olan şəxslə əlaqəsi hesabına əksər məhkəmə çəkişmələrindən qalib çıxıb. Bu əlaqə üzərindən onun torpaqlarla bağlı məhkəmə çəkişmələri yoluna qoyulub. Bu məsələnin getdikcə böyüməsi mühasiblə Abutalıbov arasında münaqişənin yaranmasına gətirib çıxarıb.

Mer mühasibini zəiflətmək istəsə də, ona bata bilməyib. İddia edilir ki, torpaq söhbətinə görə aralarında böyük davalar olub. Nizami rayonu, Çobanzadə küçəsində T.Həmidovanın satdığı bir torpaq sahəsində ət dükanı tikilib. Torpağı alan şəxsə vəd olunub ki, torpağın sənədləri ona veriləcək. Amma verilməyib. Torpaq sahibi biləndə ki, onun mağazasının altından magistral xətt keçir, artıq gec olub. Hətta həmin xətdə baş verən qəza nəticəsində mağaza vaxtilə sökülüb. Mağaza sahibi böyük ziyana düşüb. Sonradan öz hesabına mağazanı yenidən bərpa etdirib.

Baş verənlər T.Həmidovanın torpaq biznesini davam etdirməsinə mane olmayıb. Abutalıbovun sabiq mühasibi torpaq biznesdən böyük gəlirlər əldə edib. 2013-cü ildə isə Gündüz Bağırov və Çingiz Təndirovla tanışlığı onun illərlə torpaq biznesindən əldə etdiyi pulların əlindən getməsinə səbəb olub. Pulların geri qaytarılacağına ümidlər də aradan qalxır...

 

Yeni Müsavat


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan XİN Afrika Günü ilə bağlı paylaşım edib
16:05 25.05.2025
Azərbaycan XİN Afrika Günü ilə bağlı paylaşım edib
İlbər Ortaylı Qərbi Azərbaycana qayıdış konfransından yazdı: "Tənzilə Rüstəmxanlının çıxışı hamımızı duyğulandırdı"
15:41 25.05.2025
İlbər Ortaylı Qərbi Azərbaycana qayıdış konfransından yazdı: "Tənzilə Rüstəmxanlının çıxışı hamımızı duyğulandırdı"
Lavrov Fidanla Moskva-Kiyev danışıqları ətrafında vəziyyəti müzakirə edəcək
15:29 25.05.2025
Lavrov Fidanla Moskva-Kiyev danışıqları ətrafında vəziyyəti müzakirə edəcək
Hindistan sahillərində təhlükəli yük daşıyan konteyner gəmisi batıb - VİDEO
15:15 25.05.2025
Hindistan sahillərində təhlükəli yük daşıyan konteyner gəmisi batıb - VİDEO
Yollarda görünüş məsafəsi 500 metrədək məhdudlaşacaq
14:54 25.05.2025
Yollarda görünüş məsafəsi 500 metrədək məhdudlaşacaq
Xankəndi şəhərində 51 abituriyent üçün ilk dəfə qəbul imtahanı keçirildi
14:33 25.05.2025
Xankəndi şəhərində 51 abituriyent üçün ilk dəfə qəbul imtahanı keçirildi
Ukraynalı nazir: Azərbaycanın investisiyalarını dəstəkləməyə hazırıq
14:21 25.05.2025
Ukraynalı nazir: Azərbaycanın investisiyalarını dəstəkləməyə hazırıq
DİM: 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkarlanıb
14:01 25.05.2025
DİM: 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkarlanıb
Andrey Sibiqa: Ukrayna bu il Rusiya ilə münaqişəyə son qoymaqda maraqlıdır
13:49 25.05.2025
Andrey Sibiqa: Ukrayna bu il Rusiya ilə münaqişəyə son qoymaqda maraqlıdır
Azərbaycan Ukraynanın Bərpası Konfransında iştirak edəcək
13:45 25.05.2025
Azərbaycan Ukraynanın Bərpası Konfransında iştirak edəcək
Ceyhun Bayramov: Azərbaycan Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir
13:36 25.05.2025
Ceyhun Bayramov: Azərbaycan Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir
Zelenski Prezident İlham Əliyevi təbrik edib
13:20 25.05.2025
Zelenski Prezident İlham Əliyevi təbrik edib
Azərbaycan və Ukraynanın xarici işlər nazirlərinin geniş tərkibdə görüşü başlayıb
13:17 25.05.2025
Azərbaycan və Ukraynanın xarici işlər nazirlərinin geniş tərkibdə görüşü başlayıb
Pəncərə kənarında əyləşməyə görə əlavə pul? - AZAL-dan açıqlama
12:56 25.05.2025
Pəncərə kənarında əyləşməyə görə əlavə pul? - AZAL-dan açıqlama
"Azərbaycan bundan sonra da Ukraynaya humanitar yardımını davam etdirəcək"
12:51 25.05.2025
"Azərbaycan bundan sonra da Ukraynaya humanitar yardımını davam etdirəcək"
Sabah hava necə olacaq?
12:44 25.05.2025
Sabah hava necə olacaq?