Abxaziyada ailə faciəsi - 5 uşaq öldü

Abxaziyada ailə faciəsi - 5 uşaq öldü
DÜNYA
15:42 05.01.2025
227
Abxaziyada fərdi evdə yanğın hadisəsi baş verib.

AZXEBER.COM xəbər verir ki, bununla bağlı Rusiya KİV məlumat yayıb.

Məlumata əsasən, yanğın nəticəsində 5 uşaq ölüb.

Yanğına səbəb, evdə 5 uşaqla tək qalan nənənin sobanı yandırmaq istəyi olub. O, benzini dizellə səhv salıb. Həmin an taxta ev yanıb. Hadisə vaxtı yuxuda olan 5 uşağı xilas etmək mümkün olmayıb. 

Qeyd edək ki, uşaqlardan ən kiçiyi 4 aylıq olub.
OXŞAR XƏBƏRLƏR