Abxaziyada vəziyyət gərginləşib: Etirazçılar parlamentə girmək istəyir - VİDEO

Abxaziyada vəziyyət gərginləşib: Etirazçılar parlamentə girmək istəyir - VİDEO
DÜNYA
22:59 21.12.2021
395
Suxumidə etiraz edən müxalifətçilər yenidən Abxaziya parlamentinin binasına daxil olmağa cəhd ediblər.
 
AZXEBER.COM Azvision.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
 
Bildirilir ki, bundan öncə binaya daxil olmağa çalışan etirazçılara Abxaziya təhlükəsizlik qüvvələri tərəfindən tüstü tratilləri atılıb. Aksiyanı dağıtmaq mümkün olmayıb. Etirazlar zamanı hətta atışma və partlayış səsləri də eşidilib. Etirazçılar hökumət binaları kompleksinə gedən yolu bağlayaraq avtobuslara zərər vurublar.

-Hazırda müxalifət tərəfdarları maneə-hasarlar boyunca düzülmüş xüsusi təyinatlıların kordonunu yarmağa çalışırlar. Təhlükəsizlik qüvvələri hələlik heç bir tədbir görməyib. Çərşənbə axşamı şəhərin mərkəzində 500-ə yaxın insan rəhbərliyin əhalini koronavirusdan, enerji böhranından, opponentlərin siyasi təqiblərindən uğursuz şəkildə qorumasına etiraz etmək üçün şəhərin mərkəzində toplaşıb. Eyni zamanda, müxalifət hüquq-mühafizə orqanlarını xalqa qarşı çıxan əmrlərə tabe olmamağa çağırıb və prezident Aslan Bjaniyadan mitinq günü Abxaziya ərazisini tərk etməməyi istəyib,-məqalədə yazılıb.

 

 



OXŞAR XƏBƏRLƏR