Ac və yaralı canavar insanlara pənah apardı – FOTO

DÜNYA
19:52 31.01.2013
2064

Aclıq və soyuqdan ölüm təhlükəsi ilə üzləşən canavar insanlara sığınmaqla xilas ola bildi.AZXEBER.COM-un “Anadolu” İnformasiya Agentliyinə istinadən xəbər verir ki, Türkiyənin Bitlis vilayəti Ahlat qəsəbəsi ətrafındakı Ovakışla kəndinin sakini Hiyasettin Eren itlərin hücumuna məruz qalaraq yaralanan, aclıq və soyuqdan əziyyət çəkən canavarı evinə apararaq, vəhşi heyvanı xilas edib.Hazırda canavarı evinin bağçasında saxlayan H.Eren heyvanın əvvəl heç nə yemədiyini, daha sonra isə tədricən ət və çörəklə qidalanaraq, özünə gəldiyini deyir:“Canavarın yaraları da sağalmaq üzrədir. Havalar bir az isindikdən sonra aparıb meşəyə buraxacağam”.

OXŞAR XƏBƏRLƏR