Ağcabədi sakini 1983-cü il təvəllüdlü Samir Əkbərovu ildırım vuraraq öldürüb.
AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Gələbədin kəndində qeydə alınıb.
Samir özünə məxsus torpaq sahəsində təsərrüfat işləri görərkən ildırım vurması nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.










































