Ağcabədidə 67 yaşlı qadın qətlə yetirildi: Şübhəli şəxs kimi əri saxlanıldı

Ağcabədidə 67 yaşlı qadın qətlə yetirildi: Şübhəli şəxs kimi əri saxlanıldı
SOSİAL
21:59 15.01.2023
365
Ağcabədidə 67 yaşlı qadın qətlə yetirilib, şübhəli şəxs kimi əri saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, yanvarın 15-də saat 17 radələrində Ağcabədi rayonunda 1956-cı il təvəllüdlü Güldəstə Mehdiyevanın kəsici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub. 

araşdırmalarla cinayət əməlini onun həyat yoldaşı 1953-cü il təvəllüdlü Əliyar Mehdiyevin törətməsi ilə bağlı əsaslı şübhələr müəyyən olunub. 

Polis əməkdaşları tərəfindən Ə.Mehdiyev tədbirlərlə saxlanılıb.

Araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR