Ağcabədidə ailə faciəsi - Ata öldü, 2 oğlu xəsarət aldı

Ağcabədidə ailə faciəsi - Ata öldü, 2 oğlu xəsarət aldı
SOSİAL
20:59 29.09.2018
4822
Ağcabədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, hadisə Yevlax-Bəhramtəpə avtomobil yolunun Qiyamadinli kəndi ərazisində qeydə alınıb.

"Belarus” markalı traktorla "VAZ-2107” markalı avtomobil toqquşması nəticəsində minik avtomobilində olan Mehdi Bayramov ölüb, onun övladları - Səxavət və Hüseyn Bayramov ağır xəsarət alıb. Yaralılar Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR