Ağcabədidə ağır qəza: Ölən var

Ağcabədidə ağır qəza: Ölən var
SOSİAL
10:10 23.09.2017
784

Ağcabədidə ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə Muğanlı - Hüsülü yolunda qeydə alınıb.

Qəza nəticəsində Hüsülü kənd sakini Quliyev Rasif Akif oğlu hadisə yerində həyatını itirib, Rəncbərlər kənd sakini Məhərrəmov Sakit Çingiz oğlu isə ağır bədən xəsarəti ilə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, S.Məhərrəmovun vəziyyəti ağırdır. Qəzanın təfərrüatları müəyyənləşdirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


///APA
OXŞAR XƏBƏRLƏR