Ağcabədidə ağır qəza: Ölən və yaralananlar var - FOTO

Ağcabədidə ağır qəza: Ölən və yaralananlar var - FOTO
SOSİAL
22:47 30.09.2023
339

Ağcabədidə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunda qeydə alınıb.

32-BE-883 dövlət qeydiyyat nişanlı "Lada Priora” markalı minik avtomobili digər nəqliyyat vasitəsi ilə toqquşub.

Nəticədə "Lada Priora” işıq dirəyinə çırpılıb.

Qəza zamanı bir nəfər - Şəmkir rayon Seyfəli kənd sakini, 1996-cı il təvəllüdlü Orxan Salman oğlu Hüseynov həyatını itirib.

Onun həmkəndlisi, 1983-cü il təvəllüdlü Emin Raquf oğlu Məmmədov və digər iki nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR