10:24 Cümə, 06 Dekabr 2019
KRİMİNAL

Ağcabədidə nişanı qayıdan qızın əmisi oğlu qan tökdü

19:40, 30.12.20131520
Ağcabədidə nişanı qayıdan qızın əmisi oğlu qan tökdü

Silahdan bir necə dəfə atəş açılıb.

AZXEBER.COM-un verdiyi məlumata görə, Ağcabədinin Avşar kəndində silahlı insident baş verib.Hadisə qonşular arasında yaranıb. Belə ki, Vüsal Qarayev bir müddət əvvəl qapıbir qonşusu ilə nişanlansa da, o, üzüyü qaytarıb.Bundan əsəbiləşən qızın əmisi oğlu Anar Baxşəliyev oğlan evinə gələrək oğlanla və ailəsiylə mübahisə edib. Mübahisə davaya çevrilib. Dava zamanı 30 yaşlı Anar Baxşəliyev “Makarov” tipli tapançadan bir neçə dəfə atəş açaraq keçmiş nişanlını vurmaq istəyib.Ancaq güllə oğlana yox, onun əmisi Zahid Qarayevə dəyib.Qarın nahiyəsindən bir güllə yarası alan 53 yaşlı Zahid Qarayev Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.Polis 30 yaşlı Anar Baxşəliyevi saxlayıb. Hadisə zamanı istifadə olunan silah da götürülüb.Hazırda rayon prokurorluğunun əməkdaşları hadisə yerində araşdırma aparır.Faktla bağlı cinayət işi başlanıb.

XƏBƏR LENTİ