Ağcabədidə təcili yardım maşını traktorla toqquşdu - Xəsarət alan var

Ağcabədidə təcili yardım maşını traktorla toqquşdu - Xəsarət alan var
SOSİAL
14:06 26.12.2018
3209
Ağcabədi rayonunda yol qəzası baş verib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Avşar kəndində qeydə alınıb.

Belə ki, Aslan Şəmşir oğlu Məmmədovun idarə etdiyi "Wolkswagen" markalı təcili tibbi yardım maşını ilə "T-28" markalı traktor toqquşub. Nəticədə traktor yoldan çıxaraq aşıb, sürücüsü isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun şəxsiyyəti dəqiqləşdirilir. 

Məlumata görə, təcili tibbi yardım maşını Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına Bakı şəhərindən həkim birqadası gətirirmiş. 

Faktla bağlı araşdırma aparılır. 
OXŞAR XƏBƏRLƏR