Ağcabədidəki qəzada ölən və yaralananların kimliyi məlum oldu

Ağcabədidəki qəzada ölən və yaralananların kimliyi məlum oldu
SOSİAL
23:15 28.02.2025
214
Xəbər verdiyimiz kimi, Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində "Mercedes", "KIA" və "VAZ" markalı minik maşınlarının toqquşması nəticəsində 5 nəfər ölüb, xəsarət alanlar var.

AZXEBER.COM APA-ya istinadən hadisə nəticəsində xəsarət alan şəxslərin siyahısını təqdim edir:

1992 – ci il təvəllüdlü Goranboy rayonu Nadirkənd kənd sakini Nəsirov Xəyal Asif oğlu;
1992 – ci il təvəllüdlü, Yevlax rayon Aşagı Qaraxanli kənd sakini Yusifli Tural İdris oğlu;
1996 – cı il təvəllüdlü Bərdə rayon Şatırlı kənd sakini, Umudzadə Akşin Elsevər oğlu;
2000 – ci il təvəllüdlü Ağdaş rayon sakini Nurlan Qurbanov;
2000 – ci il təvəllüdlü Goranboy sakini Əli Alişanov.

Qeyd edək ki, hadisə nəticəsində Ağcabədi rayonu Boyad kənd sakinləri 1991-ci il təvəllüdlü Hüsüyev Vüsal Məmməd oğlu, 1995-ci il təvvəllüdlü Əmrahov Sənan Aqil oğlu, 1992-ci il təvəllüdlü Aslanov Azər Fəyyaz oğlu, 2007-ci il təvəllüdlü Ələsgərov Asiman Yaşar oğlu və rayonun Bilağan kənd sakini 2022-ci il təvəllüdlü Aslanlı Elbəy Mövsüm oğlu həyatını itirib.
OXŞAR XƏBƏRLƏR