"Access Business Talks" layihəsinə start verildi

"Access Business Talks" layihəsinə start verildi
İQTİSADİYYAT
11:05 07.03.2019
3103
"AccessBank"ın Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) reallaşdırdığı və ənənəyə çevirdiyi "UNEC Business Conversation Club" layihəsinin növbəti mövsümünə start verilib.

AZXEBER.COM xəbər verir ki, növbəti mövsümdə layihə yeni ad altında və başqa formatda baş tutacaq. Bundan sonra "Access Business Talks" kimi reallaşdırılacaq layihə çərçivəsində "AccessBank"ın əməkdaşları, İELTS və müxtəlif iqtisadi sahələrin mütəxəssisləri tələbələrlə öz təcrübələrini bölüşəcəklər. Böyük hissəsi ingilis dilində aparılacaq bu çıxışların əsas məqsədi tələbələrin dil biliklərini artırmaqla yanaşı, dünyagörüşünün formalaşdırılması, biznes, maliyyə kimi sahələrdə yeni məlumatların əldə edilməsidir.

UNEC-in "Maliyyə və mühasibat" fakültəsinin dekanı Gəray Musayev açılış mərasimində bildirib ki, "UNEC Business Conversation Club" artıq bir brendə çevrilib: "UNEC və "AccessBank" arasında reallaşdırılan ən uğurlu layihələrdən birinin növbəti mövsümünə start vermək olduqca xoşdur. Ümid edirəm ki, layihə yeni adda və formatda da özünü doğruldacaq və brendə çevrilməyi bacaracaq".

UNEC-in daxili audit şöbəsinin müdiri Hikmət Babayev isə qeyd edib ki, layihə UNEC-in hüdudlarından kənarda da özündən söz etdirə bilib: "Olduqca sevindiricidir ki, hər yeni mövsümdə layihəyə daha çox sayda tələbə qatılır".

"AccessBank"ın PR meneceri İlkin Əhmədov da "Access Business Talks" layihəsinin "UNEC Business Conversation Club" qədər uğurlu olacağına inanır: "Bu layihənin həyata keçirilməsində əsas məqsəd həm tələbələrə, həm UNEC-ə, həm də banka faydalı olmaqdır. Əminəm ki, buradakı tələbələr layihənin ötən mövsümlərinə cəlb olunan yoldaşları kimi həm dil, həm də praktiki biliklərini möhkəmləndirəcəklər".

Onun sözlərinə görə, ötən layihənin 7 iştirakçısı hazırda bankda tərcübə keçir.

UNEC-in "Xarici dillər" kafedrasının dosenti, "UNEC Business Conversation Club" layihəsinin müəllifi Xavər Hacıyeva: "Bu layihəni reallaşdırılması hər bir tələbəmlə fəxr etməyə səbəb oldu. Çox istərdim ki, yeni mövsümdən layihəyə qoşulan tələbələrlə də qürur duyum!"

Qeyd edək ki, "Access Business Talks" layihəsi 10 həftə ərzində davam edəcək. Tələbələr üçün layihə davam etdiyi müddətdə maraqlı görüşlərlə yanaşı, bankda təşkil olunacaq ekskursiyada hər bir struktur bölmənin iş prosesi ilə yaxından tanış olmaq imkanı yaranacaq. Bundan başqa, layihə bitdikdən sonra tələbələr "AccessBank"da təcrübə proqramı keçib və müvafiq sertifikatla təltif olunacaq.
 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub
13:44 27.06.2025
ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub
Prezident İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
13:32 27.06.2025
Prezident İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Yevlaxda 20 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 16 nəfər saxlanılıb
13:17 27.06.2025
Yevlaxda 20 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 16 nəfər saxlanılıb
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin xalis mənfəəti 12 dəfə artdı
13:01 27.06.2025
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin xalis mənfəəti 12 dəfə artdı
Minskdə Aİİ liderlərinin məhdud tərkibdə görüşü başlayıb
12:45 27.06.2025
Minskdə Aİİ liderlərinin məhdud tərkibdə görüşü başlayıb
"Daha marş yazmayacağam" - Cavanşir Quliyev
12:43 27.06.2025
"Daha marş yazmayacağam" - Cavanşir Quliyev
“Cibinə siqaret al, qoy” deməsi üstündə qətl... - 20 illik dostunu öldürüb
12:35 27.06.2025
“Cibinə siqaret al, qoy” deməsi üstündə qətl... - 20 illik dostunu öldürüb
Milyonluq toyun ilk günü - FOTOLAR
12:33 27.06.2025
Milyonluq toyun ilk günü - FOTOLAR
"Qəbələ” Elvin Yunuszadə ilə yollarını ayırıb
12:28 27.06.2025
"Qəbələ” Elvin Yunuszadə ilə yollarını ayırıb
"Hələ istədiyim yerdə deyiləm" - Balaəli
12:27 27.06.2025
"Hələ istədiyim yerdə deyiləm" - Balaəli
Hindistan Çini sərhəd mübahisəsinin birdəfəlik həllinə çağırıb
12:22 27.06.2025
Hindistan Çini sərhəd mübahisəsinin birdəfəlik həllinə çağırıb
Devid Bekhem 22 il əvvəl aldığı zədəyə görə əməliyyat olunub
12:16 27.06.2025
Devid Bekhem 22 il əvvəl aldığı zədəyə görə əməliyyat olunub
Sabah 37 dərəcə isti olacaq
12:12 27.06.2025
Sabah 37 dərəcə isti olacaq
Kinostudiyada baş verən partlayışda kinostudiyasının inzibati binası və yaxın yaşayış binasına ziyan dəyib - RƏSMİ
12:10 27.06.2025
Kinostudiyada baş verən partlayışda kinostudiyasının inzibati binası və yaxın yaşayış binasına ziyan dəyib - RƏSMİ
Vinisius "Real Madrid"də nə qədər oynamaq istədiyini açıqladı
12:06 27.06.2025
Vinisius "Real Madrid"də nə qədər oynamaq istədiyini açıqladı
II Qareginin iqamətgahı yaxınlığında keşişlərlə güc strukturları arasında toqquşma olub
12:05 27.06.2025
II Qareginin iqamətgahı yaxınlığında keşişlərlə güc strukturları arasında toqquşma olub