Access2Success təlimlərə başladı

Access2Success təlimlərə başladı
İQTİSADİYYAT
13:28 19.05.2022
379

AccessBank-ın qadın sahibkarlar üçün nəzərdə tutulmuş Access2Success layihəsi çərçivəsində təlimlərə başlanıldı.

 

AZXEBER.COM xəbər verir ki, sahibkarlığa ilk addımlarını atan qadınların inkişafına yönəlmiş layihədə iştirak üçün 250-dən çox namizəd müraciət etdi. Onlardan tələblərə cavab verən 53 nəfər təlimlərə qatılmaq hüququ əldə etdilər. Hazırda Bakı, Xırdalan və Ağdam şəhərlərini təmsil edən qadın sahibkarlar biznesin strateji inkişafı, böhran dönəmində idarəçilik, dövlət qurumlarına hesabatların verilməsi, satış, ənənəvi və rəqəmsal marketinq, elektron ticarət (e-commerce), kadrların idarə edilməsi, biznesə nəzarət və s. kimi mövzuları əhatə edən aparıcı mövzularda ekspertlərdən təlimlər alırlar. 23-47 yaş aralığında olan iştirakçı qadın sahibkarlar ekspertlərdən nəzəri biliklər əldə etməklə yanaşı, həm də praktik məşğələlərdə iştirak edirlər, öyrəndikləri yenilikləri şəxsi bizneslərinə anındaca tətbiq edirlər. Proqramın ilkin olaraq iyun ayının sonunadək davam etməsi planlaşdırılıb.


Qeyd edək ki, Azərbaycanda mikromaliyyələşdirmə lideri olan AccessBank qadın sahibkarlar üçün rəqabətli biznes mühitinin təkmilləşdirilməsi ilə bağlı təlim proqramına başlayıb. Bankın məqsədi mikro, kiçik və orta biznesləri idarə edən və onları genişləndirmək niyyətində olan xanımları dəstəkləməkdir.

 

"AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 14-ü bölgələrdə olmaqla, 29 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.azsaytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.    

 

 


 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlon Mask övladının anasına etdiyi aylıq ödənişi kəskin azaltdı
01:38 18.10.2026
İlon Mask övladının anasına etdiyi aylıq ödənişi kəskin azaltdı
Quran-i Kərimdə bolluq rəmzi sayılan "bərəkət bitkisi": Əkildiyi torpaqda məhsuldarlığı ikiqat artırır
01:28 18.10.2026
Quran-i Kərimdə bolluq rəmzi sayılan "bərəkət bitkisi": Əkildiyi torpaqda məhsuldarlığı ikiqat artırır
Fransada iğtişaşlar zamanı meriyanın tarixi zəng qülləsi uçub
01:16 18.10.2026
Fransada iğtişaşlar zamanı meriyanın tarixi zəng qülləsi uçub
Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı - Siyahı
01:06 18.10.2026
Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı - Siyahı
Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?
00:56 18.10.2026
Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?
"Uzak şehir"in aktrisası onunla eşq yaşayır
00:49 18.10.2026
"Uzak şehir"in aktrisası onunla eşq yaşayır
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
00:40 18.10.2026
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
00:33 18.10.2026
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
00:27 18.10.2026
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
00:23 18.10.2026
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
00:16 18.10.2026
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
00:08 18.10.2026
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
00:01 18.10.2026
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
00:00 18.10.2026
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
23:57 17.10.2026
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
23:56 17.10.2026
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO