“AccessBank” 2020-ci ilin birinci yarısını mənfəətlə başa vurdu

İQTİSADİYYAT
11:44 23.07.2020
616
Mikro, kiçik və orta biznesin kreditləşməsi bazarının lideri olan "AccessBank” 2020-ci il üzrə yarım illik maliyyə göstəricilərini elan edib.

AZXEBER.COM xəbər verir ki, ikinci rübün sonunda Bankın aktivləri 851.2 milyon manat təşkil edib.

Eyni tarixə Bankın xalis kredit portfeli 474.7 milyon olub. Kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üzrə ehtiyatlar nəzərə alınmadan, Bankın portfeli 535.3 milyon manat təşkil edib. Qeyd etmək lazımdır ki, bu ilin ilk yarısında kreditlərin 97.4%-i manatla verilib.

2020-ci ilin ilk 6 ayı ərzində "AccessBank” 158.4 milyon manat məbləğində kredit verib. Verilən aylıq kreditlərin 50%-i bölgə filiallarının payına düşüb. Ümumi mikrokreditlərin 40%-i isə kənd təsərrüfatı ilə məşğul olan bizneslərə verilib.

İyun ayının sonuna Bankın əmanət portfeli 558.3 milyon manat təşkil edib.

2020-ci ilin birinci yarım ili ərzində bankın xalis faiz gəlirləri 28.1 milyon manata bərabər olub. Bu da 2019-cu ilin analoji dövrü ilə müqayisədə 26.5% çoxdur.

Qeyri-adi gəlirləri nəzərə almadan, Bankın əməliyyat gəlirləri 2019-cu ilin ilk yarım ili ilə müqayisədə 9.3 milyon manat artıb. Bankın 2020-ci ilin ilk yarım illik xalis mənfəəti 1.530 milyon manat olub.

Hazırda Bankın cəmi balans kapitalı 94.9 milyon manat və məcmu kapitalı 77.5 milyon manat təşkil edir, bu isə minimum məcmu kapital normasından (50 milyon manat) 55% artıqdır.

İyun ayının sonuna Bankın ani likvidlik əmsalı 63.69% təşkil edib, bu isə normadan (30%) təxminən 2.12 dəfə yüksəkdir.

"AccessBank”ın İdarə Heyətinin sədri Anar Həsənov birinci yarım ilin maliyyə nəticələrini şərh edib:"Bankın fəaliyyəti ən yüksək beynəlxalq standartlara və dünya təcrübəsinə əsaslanır. Bu standart və təcrübələrə uyğunluq, ölkədə iqtisadi fəaliyyətin azaldığı bir dövrdə banka maliyyə cəhətdən sabit qalmağa imkan verir. Əlbəttə ki, COVID-19 pandemiyası planlarımıza təsir etdi: bütün dünyanı əhatə edən qeyri-müəyyənliyi nəzərə alaraq, biz ehtiyata ayırmalarımızı artırdıq, bu da öz növbəsində bankın mənfəətinə təsir göstərdi. Karantin tədbirləri fonunda, "AccessBank” kiçik və orta sahibkarlığa həm mövcud kreditləri restrukturizasiya edərək, həm də iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlara yeni kreditlər verərək dəstək olmağa davam edir. Çətin şəraitdə işləməyə hər mənada hazırıq: həm likvidlik, həm kapitalın adekvatlığı və ən əsası komandanın təcrübəsi baxımından. Tərəfdaşlarımıza və əməkdaşlarımıza təşəkkür edirəm. Müştəri və səhmdarlarımızın bizə göstərdiyi etimad, həmçinin əməkdaşlarımızın peşəkarlığı "AccessBank”a məqsədlərinə çatmağa imkan verir."

Bu gün "AccessBank"ın səhmdarları sırasına Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və digər xarici maliyyə qurumları və investisiya fondları daxildir.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

19:44 13.08.2020

Türkiyədə oktyabrın 1-dən sonra ali məktəblər açılacaq

19:30 13.08.2020

Oğlunu öldürən atanın məhkəməsi başlayır

18:59 13.08.2020

Birinci vitse-spiker: “Yerli icra hakimiyyəti ancaq sui-istifadə hallarına yol verirdi” - MÜSAHİBƏ

18:28 13.08.2020

DTX-nin saxladığı Eldar Həsənov kimdir? - Dosye

17:58 13.08.2020

“Hər şey Vətən üçün!” devizi altında gənclərlə onlayn görüş keçirildi - FOTOLAR

17:48 13.08.2020

DTX-dən əməliyyat: Eldar Həsənov Bakıda tutuldu - RƏSMİ

17:43 13.08.2020

Abşeronda COVİD-19 əleyhinə aparılan təbliğat işləri bu gün də davam etdirilir - FOTOLAR

17:33 13.08.2020

Azərbaycanda daha 91 nəfər koronavirusa yoluxdu, 211 nəfər sağaldı

17:11 13.08.2020

Hacıqabulda bəy xınayaxdıdan polis şöbəsinə aparıldı - VİDEO

16:53 13.08.2020

Prezident Hulusi Akarı qəbul etdi - Fotolar

16:49 13.08.2020

Avqustda temperatur çoxillik normadan aşağı enəcək - Xəbərdarlıq

16:45 13.08.2020

İqtisadiyyat Nazirliyində yeni təyinatlar

16:27 13.08.2020

Müdafiə naziri: "TSQ-nin dəstəyi ilə Azərbaycan Silahlı Qüvvələri öz müqəddəs vəzifəsini yerinə gətirəcək"

16:16 13.08.2020

Azərbaycanda növbəti tədris ili ilə bağlı yeni təkliflər hazırlandı

16:11 13.08.2020

Türkiyənin Müdafiə Naziri: “Azərbaycan tək deyil, 83 milyonluq Türkiyə yanındadır”

16:09 13.08.2020

Prezident büdcəyə dəyişiklikləri təsdiqlədi

X Mostbet