AccessBank PricewaterhouseCoopers beynəlxalq audit şirkəti tərəfindən təsdiqlənmiş və Beynəlxalq Maliyyə Hesabat Standartlarına (MHBS) cavab verən 2022-ci il üzrə maliyyə hesabatını açıqlayıb.
AZXEBER.COM xəbər verir ki, göstəricilər ilə tanış olmaq üçün: https://www.accessbank.az/az/our-bank/in-figures/
2022-ci ilin sonunda bankın xalis mənfəəti 20.5 milyon manat təşkil edib.
Hesabata əsasən, 31 dekabr 2022-ci il tarixinə bankın aktivləri 1127.6 milyon manat təşkil edib ki, onun da mühüm hissəsi kredit portfelində cəmləşib – 70.1%.
Bankın kredit portfeli 32.3% artaraq 790.8 milyon manata çatıb. 2021-ci illə müqayisədə kredit portfelinin artması hesabına xalis faiz gəlirləri də 26.0 milyon manat və ya 46.1% artıb.
Ümumi depozit portfeli 24.9% artaraq 883.6 milyon manat təşkil edib.