AccessBank 2024-cü il üzrə maliyyə hesabatını açıqlayır

AccessBank 2024-cü il üzrə maliyyə hesabatını açıqlayır
İQTİSADİYYAT
17:40 15.01.2025
895

Mikro, kiçik və orta sahibkarlığın kreditləşməsi bazarının lideri olan AccessBank, 2024-cü il üzrə maliyyə nəticələrini açıqlayır.

Ətraflı məlumat əldə etmək üçün: https://bit.ly/423QT61

 

Bank, 2024-cü il nəticələrinə görə 54.1 milyon manat xalis mənfəət əldə edib. Eyni göstərici 2023-cü ildə 39.8 milyon manat təşkil edib. Nəticədə, Bankın kapital dayanıqlığı göstəricisi daha da möhkəmlənmiş və məcmu kapitalı ötən illə müqayisədə 29.0% və ya 41.5 milyon manat artaraq 185.0 milyon manata yüksəlmişdir ki, bu da requlyativ tələbdən 3.7 dəfə çoxdur.

 

Sözügedən artımın drayverləri kimi kredit portfelinin, xüsusən biznes kreditlərinin artımı, depozitorların banka inamının artması, habelə yeni beynəlxalq kreditlərin cəlb edilməsi qeyd oluna bilər. Belə ki, ötən il ərzində:

 

-Kredit portfeli 13.6% və ya 137.8 milyon manat artıb və hesabat dövrünün sonuna cəmi kredit portfeli 1 151.5 milyon manat təşkil edib.

 

-Kredit portfelinin 78.3%-i biznesə ayrılmış kreditlər təşkil edir ki, biznes portfelinin həcmi 901.9 milyon manatdır. Hesabat dövrü ərzində biznes portfeli 15.6% və ya 121.8 milyon manat artıb. İl ərzində verilmiş biznes kreditlərinin 59.5%-i regionların payına düşür.

 

-Depozit portfelinin həcmi 1 milyard manatdan yüksəkdir və 2024-cü ilin sonuna 1026.5 milyon manat təşkil edir.

 

-AccessBank 2024-cü ildə beynəlxalq nüfuzlu xarici kreditorlardan 73.1 milyon manat həcmində kredit cəlb etmişdir.

 

-Bankın aktivləri 1.5 milyard manata çatır, bu da 2023-cü illə müqayisəsədə 6.7% çoxdur.

 

-Faiz gəlirləri 2023-cü il ilə müqayisədə 14.9% artaraq 224.4 milyon manat təşkil edib. Xalis faiz gəlirləri isə 2023-cü il ilə müqayisədə 18.2 milyon artaraq 140.2 milyon manata yüksəlib.

 

-Qeyri-faiz gəlirləri 18.1 milyon manat təşkil edir.

 

-Xalis əməliyyat mənfəəti 2024-cü ildə 69.1 milyon manata çatıb. 2023-cü ildə eyni göstərici 56.3 milyon manat təşkil edib.

 

-Bankın likvidlik mövqeyi dayanıqlıdır və likvidlik əmsalı 70.6% təşkil edir ki, bu da AMB-ın tələb etdiyi minimum normadan 2.4 dəfə yüksəkdir.

 

 

 

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərəxidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: https://bit.ly/accessbank-filiallar .

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçininwww.accessbank.azsaytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn)müraciət edə bilərsiniz.

*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı - Siyahı
01:06 18.10.2026
Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı - Siyahı
Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?
00:56 18.10.2026
Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?
"Uzak şehir"in aktrisası onunla eşq yaşayır
00:49 18.10.2026
"Uzak şehir"in aktrisası onunla eşq yaşayır
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
00:40 18.10.2026
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
00:33 18.10.2026
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
00:27 18.10.2026
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
00:23 18.10.2026
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
00:16 18.10.2026
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
00:08 18.10.2026
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
00:01 18.10.2026
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
00:00 18.10.2026
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
23:57 17.10.2026
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
23:56 17.10.2026
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Fransada bahalaşmaya qarşı aksiyalarda 550 min nəfər iştirak edib
23:53 17.10.2026
Fransada bahalaşmaya qarşı aksiyalarda 550 min nəfər iştirak edib
Tramp İranla müharibə bitdikdən sonra benzin qiymətlərinin düşəcəyini açıqladı
23:41 17.10.2026
Tramp İranla müharibə bitdikdən sonra benzin qiymətlərinin düşəcəyini açıqladı
Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib
23:27 17.10.2026
Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib