Azərbaycanda mikro sahibkarlığın kreditləşməsi bazarının lideri olan AccessBank, 2025-ci ilin 1-ci yarısı üzrə maliyyə nəticələrini açıqlayır.
Ətraflı məlumat əldə etmək üçün: https://bit.ly/423QT61
Bank, 2025-ci ilin 1-ci yarısının nəticələrinə görə, 20.9 milyon manat xalis mənfəət əldə edib. Aktivlərin həcmi isə ötən ilin analoji dövrü ilə müqayisədə 8.3% və ya 123.3 mln manat artaraq 1.6 mlrd. manata çatıb.
Sözügedən artımın əsas səbəbi kimi kredit portfelinin, xüsusən biznes kreditlərinin artımı, depozitorların banka inamının artması, habelə yeni beynəlxalq kreditlərin cəlb edilməsi qeyd oluna bilər. Belə ki
Kredit portfeli ötən ilin analoji dövrü ilə müqayisədə 13.3% və ya 143.7 milyon manat artıb və hesabat dövrünün sonuna 1 224.6 milyon manat təşkil edib.
Kredit portfelinin 76.8%-i biznesə ayrılmış kreditlər təşkil edir ki, bu da 940.4 milyon manatdır. Ötən ilin analoji dövrü ilə müqayisədə biznes portfeli 11.7% və ya 98.9 milyon manat artıb.
Depozit portfelinin həcmi 1 milyard manatdan yüksəkdir və hesabat dövrün sonuna 1 066.9 milyon manat təşkil edir.
AccessBank hesabat dövründə beynəlxalq nüfuzlu xarici kreditorlardan 32.5 milyon manat ekvivalentində kredit cəlb etmişdir. Nəticədə, beynəlxalq maliyyə institutlarından cəlb edilmiş vəsaitlərin qalığı 135.4 mln manata çatmışdır
Əlavə olaraq, beynəlxalq maliyyə qurumlarının Bankla uzunmüddətli əməkdaşlığı çərçivəsində 10 mln ABŞ dolları həcmində subordinasiya olunmuş borc öhdəliyi cəlb edilmişdir.
2025-ci ilin 1-ci yarısı ərzində Bankın məcmu kapitalı ötən ilin analoji dövrü ilə müqayisədə 23% və ya 38.6 milyon artaraq 205.9 milyon manata yüksəlmişdir ki, bu da requlyativ tələbdən 4.1 dəfə çoxdur. Artımın əsas səbəbi generasiya edilən mənfəət və kapital elementi olan xaricdən cəlb olunmuş subordinasiya olunmuş kredit borcudur.
Faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 12.6% artaraq 121.3 milyon manat təşkil edib. Xalis faiz gəlirləri isə 7.1 milyon artaraq 74.0 milyon manat təşkil edir.
Xalis əməliyyat mənfəəti isə 2025-ci ilin 1-ci yarısında 34.2 milyon manat təşkil edib.
Bankın likvidlik mövqeyi dayanıqlıdır və likvidlik əmsalı 74.05% təşkil edir ki, bu da AMB-ın tələb etdiyi minimum normadan 2.5 dəfə yüksəkdir.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 22-i bölgələrdə olmaqla, 36 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: https://bit.ly/accessbank-filiallar .
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təqdim edilən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.