AccessBank müştəriyönümlü strategiyasını davam etdirərək, biznes sahibləri üçün daha bir rahat xidməti – myPOS mobil ödəniş həllini təqdim edir. Bu xidmətin sayəsində smartfon artıq ödəniş terminalı kimi istifadə oluna bilər. Yenilik qlobal rəqəmsal ödəniş sahəsinin lideri olan Visa şirkətinin dəstəyi ilə reallaşdırılıb.
Xidmət haqqında ətraflı məlumat üçün linkə keçid: https://www.accessbank.az/az/business/pos-ecom/#m-pos
myPOS - tapXphone texnologiyası əsasında hazırlanmış, POS-terminal əvəzinə mobil telefon vasitəsilə ödəniş qəbul etməyə imkan verən sistemdir. Xüsusilə kiçik və orta sahibkarlar üçün nəzərdə tutulub: kafe və restoran sahibləri, gözəllik salonları, çatdırılma xidmətləri, taksi sürücüləri və səyyar satışla məşğul olanlar bu xidmətin rahatlığından yararlana bilərlər. Bunun üçün sadəcə NFC dəstəkləyən Android telefon və tapXphone ilə myPOS tətbiqlərini yükləmək kifayətdir. Əlavə cihaz almağa və ya texniki xidmətə pul xərcləməyə ehtiyac yoxdur.