AccessBank-dan fərdi bankçılıqda yeni mərhələ: VİP Club rebrendinq edilərək “Private Banking”ə çevrildi

AccessBank-dan fərdi bankçılıqda yeni mərhələ: VİP Club rebrendinq edilərək “Private Banking”ə çevrildi
İQTİSADİYYAT
11:22 20.04.2026
509
AccessBank Azərbaycanda sahibkarlıq və pərakəndə bankçılıq sahəsində mövqeyini möhkəmləndirməklə yanaşı, fərdi bankçılıq istiqamətinin inkişafında yeni mərhələyə qədəm qoyduğunu elan edir.

AZXEBER.COM xəbər verir ki, 2023-cü ildə istifadəyə verilmiş və fərdi bankçılıq xidmətləri təqdim edən VİP Club məhsulu bu gündən etibarən rebrendinq edilərək "Private Banking” adı altında fəaliyyətini davam etdirəcək.

Rebrendinq çərçivəsində "Private Banking” konsepsiyası daha da təkmilləşdirilərək müştərilərə fərdiləşdirilmiş yanaşma, yüksək səviyyəli xidmət və həyat tərzinə uyğun kompleks həllər təqdim etməyə yönəlib. Yeni yanaşma müştərilərin vaxtına qənaət edən, gündəlik prosesləri sadələşdirən və əlavə dəyər yaradan xidmət modelinə əsaslanır.
"AccessBank olaraq əsas prioritetimiz müştərilərimizə yalnız maliyyə xidmətləri təqdim etmək deyil, onların gündəlik həyatını asanlaşdıran, vaxtlarına qənaət edən və real dəyər yaradan həllər formalaşdırmaqdır. VİP Club-un "Private Banking” olaraq rebrendinqi bu istiqamətdə atdığımız növbəti strateji addımdır. İnanırıq ki, yenilənmiş konsepsiya ilə müştərilərimizə daha yüksək səviyyədə fərdiləşdirilmiş xidmət və premium bankçılıq təcrübəsi təqdim edəcəyik”, - bunu bankın İdarə Heyətinin üzvü, Baş Biznes İnzibatçısı Renat Hümbətov deyib.
Qeyd edilib ki, "Private Banking” artıq yalnız bank məhsulu deyil, eyni zamanda müştərilərlə uzunmüddətli və etibarlı tərəfdaşlığa əsaslanan xidmət modelidir. Son iki il ərzində bu yanaşma öz nəticəsini göstərib – Bankın premium müştəri seqmentində əhəmiyyətli artım qeydə alınıb. Bu müddət ərzində müştəri bazasında böyük artım müşahidə olunub ki, bu da təqdim olunan fərdi yanaşma və yüksək xidmət keyfiyyətinə olan etimadın göstəricisidir.

Hazırda "Private Banking” çərçivəsində müştərilərə depozit, kredit və investisiya həlləri ilə yanaşı, aviabiletlərin təşkili, viza dəstəyi, sığorta xidmətləri və eksklüziv tədbirlərə çıxış kimi qeyri-maliyyə üstünlükləri də təqdim olunur. Bu xidmətlər müştərilərin yalnız maliyyə deyil, ümumi həyat keyfiyyətinin artırılmasına yönəlib.

"Private Banking bizim üçün sadəcə bir xidmət modeli deyil – bu, müştərilərimizlə qurduğumuz etibarlı və uzunmüddətli tərəfdaşlığın ifadəsidir. Son iki il ərzində qazandığımız təcrübə göstərdi ki, fərdi yanaşma və yüksək xidmət keyfiyyəti müştərilər tərəfindən yüksək qiymətləndirilir. Yeni mərhələdə məqsədimiz bu yanaşmanı daha da inkişaf etdirərək, müştərilərimizə onların həyat tərzinə uyğun, dəyər yaradan və fərq yaradan həllər təqdim etməkdir”, deyə Private Banking məhsulunun rəhbəri Vüsalə Quliyeva bildirib. 
Yeni mərhələdə Bank premium tərəfdaş şəbəkəsinin genişləndirilməsini, müştərilərə daha çox fərdi imtiyazların təqdim olunmasını və xidmətlərin həyat tərzi yönümlü formatda inkişafını əsas prioritetlər kimi müəyyən edib.

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 25-ü bölgələrdə olmaqla, 39 filialı fəaliyyət göstərir və müştərilər üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat üçün bura daxil ola bilərsiniz.

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  

*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kobaxidze: Avropa bürokratiyası suverenlik, demokratiya və qanunun aliliyinə qarşı çıxır
21:41 03.11.2026
Kobaxidze: Avropa bürokratiyası suverenlik, demokratiya və qanunun aliliyinə qarşı çıxır
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:34 03.11.2026
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
Goranboyda avtomobil dərəyə aşıb, sərnişin ölüb
21:26 03.11.2026
Goranboyda avtomobil dərəyə aşıb, sərnişin ölüb
Rusiyada Ermənistana qarşı gizli plan hazırlanıb – Paşinyan
21:21 03.11.2026
Rusiyada Ermənistana qarşı gizli plan hazırlanıb – Paşinyan
Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı
21:14 03.11.2026
Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı
İspaniyada futbolçunun ölümünə səbəb olan qapıçı həbs edilə bilər
21:06 03.11.2026
İspaniyada futbolçunun ölümünə səbəb olan qapıçı həbs edilə bilər
Zelenski Putinə zəng edəcək? - Özü açıqladı
20:58 03.11.2026
Zelenski Putinə zəng edəcək? - Özü açıqladı
ABŞ və İran müvəqqəti razılaşmaya nail olmaq üçün qarşılıqlı güzəştlərə gedib
20:53 03.11.2026
ABŞ və İran müvəqqəti razılaşmaya nail olmaq üçün qarşılıqlı güzəştlərə gedib
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
20:47 03.11.2026
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Fərhad Quliyev Ukraynada yüksək vəzifəyə təyin olundu
20:41 03.11.2026
Fərhad Quliyev Ukraynada yüksək vəzifəyə təyin olundu
İstanbulda Heydər Əliyev parkının sökülməsi ilə bağlı iddialar dezinformasiyadır - RƏSMİ
20:31 03.11.2026
İstanbulda Heydər Əliyev parkının sökülməsi ilə bağlı iddialar dezinformasiyadır - RƏSMİ
Suriyada "Hizbullah"la əlaqəli qrup neft emalı zavodunda terror aktı hazırladığına görə saxlanılıb
20:29 03.11.2026
Suriyada "Hizbullah"la əlaqəli qrup neft emalı zavodunda terror aktı hazırladığına görə saxlanılıb
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
20:20 03.11.2026
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Natiq Nağıyev vəzifəsindən azad edildi
20:16 03.11.2026
Natiq Nağıyev vəzifəsindən azad edildi
Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar
20:10 03.11.2026
Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar
Paşinyan: Ermənistan 2027 və ya 2028-ci ildə Aİ-yə üzvlük üçün müraciət edə bilər
20:04 03.11.2026
Paşinyan: Ermənistan 2027 və ya 2028-ci ildə Aİ-yə üzvlük üçün müraciət edə bilər