AccessBank-ın yeni depozit kampaniyasına əsasən, Bankda manat valyutasında müddətli əmanət hesabı açan fiziki şəxslər illik 11%-dək, ABŞ dolları ilə hesab açanlar isə 2.2%-dək gəlir əldə edə bilərlər. Faiz əmanətin yerləşdirmə müddətindən asılıdır.
AZXEBER.COM xəbər verir ki, kampaniya çərçivəsində depozit kartı müştərilərə Bank tərəfindən hədiyyə olunur.
AccessBank-a depozit yerləşdirməyin üstünlükləri:
· Tamamilə beynəlxalq səhmdarlara malik bankın müştərisi olursunuz.
· Sərfəli depozit faizi əldə edirsiniz.
· Banka yerləşdirilən depozitlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunur.