AccessBank Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə Beynəlxalq Müəllimlər Gününü xüsusi, səmimi bir formatda qeyd edib.
Qeyri-rəsmi formada təşkil olunan tədbirdə uzun illər təhsil sahəsində çalışan, pedaqoji sahədə zəngin təcrübəyə malik bir qrup müəllim iştirak edib.
Tədbir zamanı AccessBank rəhbərliyi müəllimləri ürəkdən təbrik edərək bu gün ölkənin müxtəlif sahələrində uğur qazanan minlərlə gəncin nailiyyətlərinin arxasında onların fədakarlığı, səbri və zəhmətinin dayandığını vurğulayıb. Görüşdə müəllimlik peşəsi gənc nəslin şəxsiyyət kimi formalaşmasına yönəlmiş ən ali və mənəvi missiyalardan biri kimi dəyərləndirilib
AccessBank olaraq biz bütün müəllimlərə dərin minnətdarlığımızı ifadə edir, onların əməyinə olan hörmətimizi xüsusi Təşəkkürnamələrlə simvolik şəkildə çatdırmaqdan qürur duyuruq.
Bu təşəbbüs bankımızın sosial məsuliyyət strategiyasının bir parçası olmaqla yanaşı, təhsilə verdiyimiz davamlı dəstəyin də bariz nümunəsidir.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 22-i bölgələrdə olmaqla, 36 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: https://bit.ly/accessbank-filiallar .
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.