“AccessBank” hərbi qulluqçulara və cəbhə bölgəsinin sakinlərinə kömək edir - FOTOLAR

İQTİSADİYYAT
21:17 21.10.2020
559
"AccessBank” bu günlərdə Qarabağ və ətraf bölgələrdə baş verən hadisələrdən kənarda qalmır. Bununla bağlı olaraq, Bank isti üst və alt geyimləri, gündəlik tələbat malları və gigiyenik vasitələri özündə birləşdirən individual hərbi dəstlər hazırlayıb.
 
AZXEBER.COM xəbər verir ki, dəstlər "AccessBank”ın cəbhəyani filialları tərəfindən yaxınlıqdakı hərbi hissələrə  - Silahlı Qüvvələrin sıralarına qatılanlara çatdırılıb.

"AccessBank” həmçinin müharibədən əziyyət çəkən mülki əhaliyə də humanitar yardım göstərib. Əsasən Bərdə və Ağcabədi ərazisində zərər çəkmiş sakinlərin gündəlik tələbatını ödəmək üçüb Bank müvafiq bölgələrin yerli icra qurumlarına yorğan-döşək, xırda məişət avadanlığı, birdəfəlik qablar yollayıb. Layihə  ASK - Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə birgə həyata keçirilib.

Qeyd edək ki, daha öncə  "AccessBank” baş verən məlum hadisələrlə bağlı olaraq, bankın cəbhəyani filiallarında, həmçinin hücumlara məruz qalan digər bölgələrdə işləyən əməkdaşları üçün təlimlərə start verib. Bərdə, Gəncə, Mingəçevir və Qazaxda həyata keçirilən təlimlərin əsas məqsədi filial əməkdaşlarını fövqəladə hallar zamanı atılacaq addımlar,  mülki müdafiə və ilkin tibbi yardımın göstərilməsi qaydaları barədə məlumatlandırmaq olub. 

"AccessBank” korporativ sosial məsuliyyət siyasətinə sadiq qalaraq, Qarabağ və ətraf bölgələrdə cari vəziyyət davam etdikcə əhaliyə yardım göstərməyə davam edəcək. Bankın kollektivi Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə soydaşları ilə həmrəydir, həmçinin cəbhə bölgəsinin əhalisinə hərtərəfli dəstək olmaqda  davam edir və hər bir azərbaycanlının tezliklə evinə qayıdacağına inamını bildirir.


 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

12:50 05.12.2020

Ermənistanın yeni XİN rəhbəri Ara Ayvazyanın “kokain diplomatiyası”

12:44 05.12.2020

"Laçında Azərbaycan Himni oxundu və Şanlı Bayrağımız dalğalandı"

12:29 05.12.2020

Vətən Müharibəsində həlak olan mülki şəhidlərin ailə üzvlərinə sosial ödənişlər təyin edildi - RƏSMİ

12:25 05.12.2020

Vətən Müharibəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verildi - RƏSMİ

12:19 05.12.2020

Gələn ilin bayram günləri açıqlandı

11:42 05.12.2020

Gəncədə “Rəmiş” ləqəbli narkotacir saxlanıldı - Foto

11:22 05.12.2020

Bakıda yaşadığı yeri tərk edən koronavirus xəstəsi barədə cinayət işi başlanıldı

11:14 05.12.2020

Azercell RİİB –in təşəbbüsü ilə Könüllülərə güzəşt təqdim edir

10:53 05.12.2020

“Minaya düşdük, dostum “sağsan?” deyə qışqırdı, sonra getdim ki, şəhid olub”

10:44 05.12.2020

Karantində toy edən məşhur iş adamı imiş

10:42 05.12.2020

Özünə Bakıda restoranda ad günü keçirən məşhur model cərimələndi - VİDEO

23:55 04.12.2020

“Bütövləşən Azərbaycan - 44 günlük Zəfər Salnaməmiz” adlı vebinar keçirilib

23:44 04.12.2020

Samuxda evdə partlayış olub: Xəsarət alanlar var

23:19 04.12.2020

“Qarabağ” - “Qəbələ” oyununun hakimləri açıqlandı

22:52 04.12.2020

Əvvəl şəhid olduğu deyildi, sonra sağ olduğu üzə çıxdı - Video

22:48 04.12.2020

"Türk qoşunu gedib Xankəndidə post quracaq, bayrağını asacaq, bu mümkündürmü?" — Rasim Musabəyov