AccessBank-ın müştərilərinə hədiyyə - şəhərdaxili pulsuz səyahət

İQTİSADİYYAT
00:07 03.02.2016
2354

AccessBank yeni kampaniyaya start verib.

AZXEBER.COM xəbər verir ki, kampaniya çərçivəsində AccessBank-dan plastik kart sifariş edən müştəriyə 10 AZN-lik şəhərdaxili pulsuz səyahət hədiyyə olunur. Bunun üçün müştəri plastik kart sifariş edəndən sonra aşağıdakı addımları həyata keçirir:

1. Telefondan https://uber.com/App ünvanına daxil olaraq Uber tətbiqini yükləmək

2. Qeydiyyatdan keçərək bankda əldə olunan kodu daxil etmək

3. Ehtiyac olan an Uber tətbiqi vasitəsilə taksi sifariş etmək

Uber - telefon ekranına bir toxunuşla avtomobil çağırmağa kömək edən mobil tətbiqdir. Hədiyyə yalnız yeni istifadəçilər və yalnız ilk səyahət üçün nəzərdə tutulur. Kampaniyanın son istifadə tarixi:31.03.2016

Daha ətraflı məlumatlaAccessBank-ın rəsmi Facebook səhifəsindən və ya 151 Ümumi Zəng Mərkəzindən tanış olmaq olar.

AccessBank 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, LFS Financial Systems GmbH adlı Alman konsaltinq şirkəti və AccessHolding tərəfindən yaradılıb. AccessBank Azərbaycanda aparıcı bank olaraq tam çeşidli xidmətlər təklif edir, ölkə üzrə geniş filiallar şəbəkəsinə malik olan Bankda 2000-ə yaxın əməkdaş çalışır. FitchRatings agentliyi AccessBank-ı Azərbaycan bankları arasında ən yüksək reytinq hesab edilən BBB- dərəcəsi ilə qiymətləndirib.

OXŞAR XƏBƏRLƏR