“AccessBank” jurnalistləri bu il də unutmadı - FOTOLAR

İQTİSADİYYAT
14:43 22.12.2017
2300

Azərbaycan mətbuatına qarşı hər zaman diqqət göstərən "AccessBank” ilin sonunda da öz ənənəsinə sadiq qaldı. 

 

AZXEBER.COM xəbər verir ki, bankın təşkilatçılığı ilə ötən gün  "Muğam Klub"da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il Münasibətilə şam yeməyi təşkil edilib. 

 

"AccessBank" QSC-nin İdarə Heyəti Sədrinin Müavini və Baş Biznes İnzibatçısı Tariyel İsmayılov, Bankın Marketinq departamentinin rəhbəri Günay Cəlilova jurnalistləri qarşıdan gələn il münasibətilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzu ediblər. Bank rəsmiləri hər zaman Azərbaycan mətbuatında təmsil olunan peşəkar jurnalistlərə diqqət və qayğı göstərdiklərini, onlarla yaxından əməkdaşlıq etdiklərini söyləyiblər. 

 

Qeyd edilib ki, ötən illərdə olduğu kimi gələcək illərdə də media ilə əməkdaşlığa yaxından maraq göstəriləcək.  


Tədbirin yekununda "AccessBank” jurnalistlərə hədiyyələr  təqdim edib.






OXŞAR XƏBƏRLƏR