AccessBank Qarabağda qadın sahibkarlar üçün maarifləndirici təlim keçirib

AccessBank Qarabağda qadın sahibkarlar üçün maarifləndirici təlim keçirib
İQTİSADİYYAT
12:42 03.07.2026
3900
AccessBank ölkədə qadın sahibkarlığının inkişafına dəstək məqsədilə həyata keçirdiyi regional Access2Success təşəbbüsünü davam etdirir.

AZXEBER.COM xəbər verir ki, layihə çərçivəsində növbəti maarifləndirici görüş Xankəndidə fəaliyyət göstərən sahibkar xanımlar üçün təşkil olunub.

Access2Success layihəsinin məqsədi Qarabağ bölgəsində fəaliyyət göstərən qadın sahibkarların biznes bilik və bacarıqlarının inkişafına dəstək olmaq, onların sahibkarlıq fəaliyyətini daha inamlı və dayanıqlı şəkildə inkişaf etdirmələrinə töhfə verməkdir.

Qarabağ Təlim Mərkəzinin təşkilati dəstəyi ilə keçirilən tədbirdə iştirakçılar üçün biznes fəaliyyətinin müxtəlif istiqamətlərini əhatə edən təlim sessiyaları təşkil edilib. Sessiyalar interaktiv formatda keçirilib, iştirakçılar praktiki nümunələri müzakirə edib, ekspertlərə suallar ünvanlayaraq mövzular ətrafında fikir mübadiləsi aparıblar. AccessBank-ın mütəxəssisləri biznesin hüquqi əsasları və yoxlamalar, marketinq kommunikasiyaları, maliyyə savadlılığı, kredit məhsulları, eləcə də effektiv şəxsi təqdimat mövzularında bilik və təcrübələrini iştirakçılarla bölüşüblər.

Tədbirdə spiker qismində Qarabağ Ərazi Vergilər Baş İdarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi Orxan Ahənçi çıxış edib. O, sahibkarları vergi öhdəlikləri, hesabatlılıq tələbləri və qüvvədə olan qanunvericiliyin əsas məqamları barədə məlumatlandırıb, iştirakçıları maraqlandıran sualları cavablandırıb.

AccessBank üçün Access2Success təşəbbüsünün Xankəndidə həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Qarabağda fəaliyyət göstərən qadın sahibkarlarla bir araya gəlmək, onların peşəkar inkişafına dəstək olmaq və regionda sahibkarlığın güclənməsinə töhfə vermək qürurvericidir. AccessBank qadın sahibkarlığının inkişafına yönəlmiş maarifləndirici və dəstəkləyici təşəbbüslərini bundan sonra da ölkənin müxtəlif regionlarında davam etdirəcək.
 
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 25-ü bölgələrdə olmaqla, 39 filialı fəaliyyət göstərir və müştərilər üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat üçün bura daxil ola bilərsiniz.

 

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə www.accessbank.az müraciət edə bilərsiniz. 

 

*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu şəxslər üçün ödənişsiz avtobuslar ayrıldı
17:37 22.07.2026
Bu şəxslər üçün ödənişsiz avtobuslar ayrıldı
Dələduzluqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi
17:30 22.07.2026
Dələduzluqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi
Ev dustaqlığında sosial şəbəkə qadağası: Qanun nə deyir? – Vəkildən açıqlama
17:06 22.07.2026
Ev dustaqlığında sosial şəbəkə qadağası: Qanun nə deyir? – Vəkildən açıqlama
Rəşad Məcid: "Yeni dövr mətbuatın qarşısında yeni vəzifələr qoyur"
16:58 22.07.2026
Rəşad Məcid: "Yeni dövr mətbuatın qarşısında yeni vəzifələr qoyur"
151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış
16:50 22.07.2026
151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış
Prezident Fərman imzaladı
16:28 22.07.2026
Prezident Fərman imzaladı
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
16:26 22.07.2026
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
15:50 22.07.2026
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
Rüfət Əhmədzadə vəfat etdi
15:32 22.07.2026
Rüfət Əhmədzadə vəfat etdi
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?
15:26 22.07.2026
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
15:12 22.07.2026
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
Buraxılış imtahanında xarici dildən hansı model tətbiq olunacaq?
15:02 22.07.2026
Buraxılış imtahanında xarici dildən hansı model tətbiq olunacaq?
Aydın Tağıyev Həsən bəy Zərdabi adına mükafata layiq görülüb
14:58 22.07.2026
Aydın Tağıyev Həsən bəy Zərdabi adına mükafata layiq görülüb
Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
14:47 22.07.2026
Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
“Media Kuboku-2026" minifutbol turniri başa çatıdı - FOTOLAR
14:46 22.07.2026
“Media Kuboku-2026" minifutbol turniri başa çatıdı - FOTOLAR
“Arzum999” məhkəmədən belə çıxdı – ilk görüntülər - VİDEO
14:40 22.07.2026
“Arzum999” məhkəmədən belə çıxdı – ilk görüntülər - VİDEO