“AccessBank” Sahibkarlığın İnkişafı Fondu ilə birgə pandemiyadan əziyyət çəkən sahibkarlara dəstək olacaq

“AccessBank” Sahibkarlığın İnkişafı Fondu ilə birgə pandemiyadan əziyyət çəkən sahibkarlara dəstək olacaq
İQTİSADİYYAT
12:42 11.08.2020
842
2002-ci ildən fəaliyyət göstərən və Azərbaycanda mikromaliyyələşdirmə lideri olan "AccessBank”, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlığa dair razılaşma imzalayıb.

AZXEBER.COM xəbər verir ki, razılaşmaya əsasən, müştərilərə 2 məhsul üzrə dəstək göstəriləcək. Yeni məhsullardan Covid-19 pandemiyası səbəbindən biznesində və biznes kreditlərinin ödənilməsində çətinlik yaşayan sahibkarlar yararlana biləcək. Məhsullardan Bankın həm cari, həm də yeni müştəriləri istifadə edə biləcək.

"AccessBank”ın Mikro və Aqro müştərilərlə iş üzrə Departamentinin rəhbəri Arzu Qurbanova yeni razılaşmanın sahibkarlarlığa çətin anda dəstək olmaqla yanaşı, post-pandemiya dönəmində sahibkarlara bizneslərini davam etdirmələri üçün yeni stimul verəcəyinə əmindir:”Ölkəmizdə mikro və makroiqtisadi sabitliyi qorumaq və məşğulluğu təmin etmək üçün sahibkarlığa dövlət dəstəyinin göstərilməsi ilə bağlı xüsusi proqramlar icra olunur. Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, "AccessBank” sahibkarlıqla bağlı dövlət proqramlarının əsas dəstəkçisi və iştirakçısıdır. Sahibkarlığın İnkişafı Fondu ilə imzalanmış yeni razılaşma əsasında, pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində sahibkarlıq fəaliyyəti göstərən müştərilərimizə, həmçinin Bankın verdiyi kreditlə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən yeni müştərilərə yardım etməyə hazırıq.”

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2020-ci il tarixli Fərmanı ilə Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası təsdiq olunub və eyni zamanda Fondun nizamnaməsində dəyişikliklər edilib. Edilən dəyişikliklər nəticəsində Fondun fəaliyyət istiqamətinə pandemiyada zərər çəkmiş sahibkarlara ölkədəki banklar vasitəsilə subsidiyaların və zamənatlərin verilməsi mexanizmi əlavə olunub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanın 10 milyonuncu sakini birinci sinfə getdi
11:16 15.09.2025
Azərbaycanın 10 milyonuncu sakini birinci sinfə getdi
AZAL turizm gününə özəl endirim kampaniyası elan edir
11:02 15.09.2025
AZAL turizm gününə özəl endirim kampaniyası elan edir
“McDonald’s Azərbaycan” şəhid ailələrindən olan birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi
10:52 15.09.2025
“McDonald’s Azərbaycan” şəhid ailələrindən olan birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi
Tatlısesin nəvəsi "Oksford"a imtahan verdi
10:42 15.09.2025
Tatlısesin nəvəsi "Oksford"a imtahan verdi
“Əmanətə Sədaqət” layihəsinin yeni iştirakçıları ilə görüş keçirilib - FOTOLAR
10:39 15.09.2025
“Əmanətə Sədaqət” layihəsinin yeni iştirakçıları ilə görüş keçirilib - FOTOLAR
Bank Respublika Ağdamın Xıdırlı və Kəngərli kənd məktəblərində birinciləri sevindirib - FOTOLAR
10:36 15.09.2025
Bank Respublika Ağdamın Xıdırlı və Kəngərli kənd məktəblərində birinciləri sevindirib - FOTOLAR
Bakıda bu yollarda “yaşıl işıq”dır - Siyahı
10:31 15.09.2025
Bakıda bu yollarda “yaşıl işıq”dır - Siyahı
İtaliyalı motosikletçi yarış vaxtı aldığı xəsarət səbəbindən vəfat edib
10:28 15.09.2025
İtaliyalı motosikletçi yarış vaxtı aldığı xəsarət səbəbindən vəfat edib
Keçən il "mən azərbaycanlıyam" demişdi, dünən Xankəndidə təxribat törətdi - VİDEO
10:24 15.09.2025
Keçən il "mən azərbaycanlıyam" demişdi, dünən Xankəndidə təxribat törətdi - VİDEO
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanı təbrik edib
10:18 15.09.2025
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanı təbrik edib
Prezident Daşbulaqda tut bağında görülmüş işlərlə tanış oldu - FOTOLAR
09:55 15.09.2025
Prezident Daşbulaqda tut bağında görülmüş işlərlə tanış oldu - FOTOLAR
İlham Əliyev Xocalı rayonunun Seyidbəyli kəndində olub - FOTOLAR
09:45 15.09.2025
İlham Əliyev Xocalı rayonunun Seyidbəyli kəndində olub - FOTOLAR
Bakıda evdən meyit tapıldı
09:38 15.09.2025
Bakıda evdən meyit tapıldı
Dünya çempionatı: Azərbaycanın daha üç güləşçisi bu gün mübarizəyə başlayacaq
09:34 15.09.2025
Dünya çempionatı: Azərbaycanın daha üç güləşçisi bu gün mübarizəyə başlayacaq
Yeni dərs ili yeni ümidlər deməkdir - Emin Əmrullayev
09:16 15.09.2025
Yeni dərs ili yeni ümidlər deməkdir - Emin Əmrullayev
Sabirabad sakini həmkəndlisini qətlə yetirib
09:04 15.09.2025
Sabirabad sakini həmkəndlisini qətlə yetirib