“AccessBank” “UNEC Business Conversation Club” layihəsini ənənəyə çevirdi - FOTOLAR

“AccessBank” “UNEC Business Conversation Club” layihəsini ənənəyə çevirdi - FOTOLAR
İQTİSADİYYAT
13:08 18.10.2018
3543
"AccessBank”ın Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) reallaşdırdığı uğurlu layihələrdən biri ənənəyə çevrildi.

AZXEBER.COM xəbər verir ki, Bankın təşkil etdiyi "UNEC Business Conversation Club” tələbələr tərəfindən böyük maraqla qarşılandığından tərəflər bu layihəni ənənəyə çevirmək barədə razılıq əldə edib. Beləliklə, oktyabr ayının 17-də növbəti "UNEC Business Conversation Club" layihəsinin açılışı baş tutub.

Tədbiri giriş sözü ilə açan UNEC-in "Maliyyə və mühasibat" fakültəsinin dekanı Gəray Musayev təmsil etdiyi ali təhsil ocağı ilə "AccessBank" arasında əməkdaşlıq səviyyəsindən olduqca məmnun olduğunu bildirib: "Hər kəs ilk layihənin necə faydalı olduğunun şahidi oldu. Şübhəm yoxdur ki, bu gün start verdiyimiz layihə də çox faydalı olacaq".

Prorektor Səadət Qəndilova isə bildirdi ki, "AccessBank"ın UNEC-də həyata keçirdiyi layihələr bankın imicinin möhkəmlənməsinə səbəb olub: "Mən şəxsən tələbələrimizin dilindən "UNEC Business Conversation Club" layihəsi barədə ağızdolusu danışmasının şahidi olmuşam və bu məni olduqca məmnun edib.

"AccessBank"ın İdarə Heyəti sədrinin müavini/Baş maliyyə inzibatçısı Albrext Sabelus isə "UNEC Business Conversation Club"ı çox effektiv bir layihə adlandırıb: "Mən özüm də bu layihənin iştirakçısı olmuşam və əminlinklə deyə bilərəm ki, "UNEC Business Conversation Club" həm tələbələrə, həm də "AccessBank"a olduqca böyük fayda verib".

"AccessBank"ın Korporativ Bankçılıq/Marketinq departamentinin direktoru Günay Cəlilova isə qeyd edib ki, budəfəki layihə 10 sessiyadan ibarət olacaq: "Sözsüz ki, ilk layihəmiz olduqca uğurlu alındı. Bununla yanaşı, bizə xeyli təcrübə toplamağa imkan verdi və bu təcrübə bizə şərait yaradır ki, yeni layihəni daha da maraqlı və effektiv edək".

UNEC-in "Xarici dillər" kafedrasının dosenti, "UNEC Business Conversation Club" layihəsinin müəllifi Xavər Hacıyeva: "Biz bu layihə başlayanda heç bilməzdik ki, "UNEC Business Conversation Club" bu qədər uğurlu olacaq. Müəllimin işi öyrətmək, tələbənin işi isə öyrənməkdir. Məni çox sevindirir ki, hər kəs öz işinin öhdəsindən artıqlaması ilə gəldi!"

Qeyd edək ki, "AccessBank"ın dəstək verdiyi və 8 həftə davam edən "UNEC Business Conversation Club" layihəsi çərçivəsində tələbələr ingilis dilinin biznes istiqamətini öyrənib. İELTS mütəxəssisləri ilə yanaşı, bankın əməkdaşları da layihədə iştirak edərək ingilis dilində öz təcrübələri ilə bölüşüb.

Əlavə edək ki, layihədə iştirak edən tələbələr "UNEC Business Conversation Club" davam etdiyi müddət ərzində bankda ekskursiyada olub, hər bir struktur bölmənin iş prosesi ilə yaxından tanış olub. Həmçinin, layihə bitdikdən sonra tələbələr "AccessBank”da 3 həftəlik təcrübə proqramı keçib və müvafiq sertifikatla təltif olunub.
 

 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İtkin azərbaycanlı əsgərin qalıqları tapıldı - 82 ildən sonra - FOTO
21:37 25.06.2025
İtkin azərbaycanlı əsgərin qalıqları tapıldı - 82 ildən sonra - FOTO
Tramp: İran nüvə proqramını bərpa etsə, ABŞ yenidən zərbə endirəcək
21:18 25.06.2025
Tramp: İran nüvə proqramını bərpa etsə, ABŞ yenidən zərbə endirəcək
Tovuzda dönərdən kütləvi zəhərlənmə olub
21:06 25.06.2025
Tovuzda dönərdən kütləvi zəhərlənmə olub
Asteroid Ayla toqquşacaq
20:53 25.06.2025
Asteroid Ayla toqquşacaq
Baqrat Qalstanyanın hakimiyyəti ələ keçirmə cəhdi ilə bağlı səs yazıları dərc edilib
20:33 25.06.2025
Baqrat Qalstanyanın hakimiyyəti ələ keçirmə cəhdi ilə bağlı səs yazıları dərc edilib
"Qalatasaray"ın futbolçusunu ölümlə təhdid edən azarkeş saxlanılıb
20:14 25.06.2025
"Qalatasaray"ın futbolçusunu ölümlə təhdid edən azarkeş saxlanılıb
Türkiyədə arvadının sevgilisini illər əvvəl öldürən şəxs Bakıda həbs edilib, ölkəsinə qaytarılır
19:54 25.06.2025
Türkiyədə arvadının sevgilisini illər əvvəl öldürən şəxs Bakıda həbs edilib, ölkəsinə qaytarılır
"Benfika" 13 oyundan sonra "Bavariya"ya qalib gəldi
19:31 25.06.2025
"Benfika" 13 oyundan sonra "Bavariya"ya qalib gəldi
Ukrayna Rusiyanın cənubuna PUA ilə hücum edib
19:12 25.06.2025
Ukrayna Rusiyanın cənubuna PUA ilə hücum edib
Kreml: AEBA-nın nüfuzu ABŞ-nin İrana zərbələrindən sonra sarsılıb
18:55 25.06.2025
Kreml: AEBA-nın nüfuzu ABŞ-nin İrana zərbələrindən sonra sarsılıb
İsrail Müdafiə Ordusu: İranın nüvə proqramına dəyən ziyanı qiymətləndirmək hələ tezdir
18:43 25.06.2025
İsrail Müdafiə Ordusu: İranın nüvə proqramına dəyən ziyanı qiymətləndirmək hələ tezdir
Rusiya Yaxın Şərq və Asiyanın bir neçə ölkəsi ilə vizaların ləğvinə hazırlaşır
18:30 25.06.2025
Rusiya Yaxın Şərq və Asiyanın bir neçə ölkəsi ilə vizaların ləğvinə hazırlaşır
Jah Xalibin kariyerası bitir - SƏBƏB
18:06 25.06.2025
Jah Xalibin kariyerası bitir - SƏBƏB
Ombudsman almaniyalı müvəkkili Ermənistanın mina terroru ilə bağlı məlumatlandırıb
17:48 25.06.2025
Ombudsman almaniyalı müvəkkili Ermənistanın mina terroru ilə bağlı məlumatlandırıb
"Qarabağ"ın futbolçularının işğaldan azad olunmuş torpaqlarda yerli sakinlərlə birgə vaxt keçirmək borcudur"
17:33 25.06.2025
"Qarabağ"ın futbolçularının işğaldan azad olunmuş torpaqlarda yerli sakinlərlə birgə vaxt keçirmək borcudur"
Bakıda polis 40 kq narkotik vasitə aşkarladı - Əməliyyat görüntüləri - VİDEO
17:25 25.06.2025
Bakıda polis 40 kq narkotik vasitə aşkarladı - Əməliyyat görüntüləri - VİDEO