AccessBank müştərilərinə daha keyfiyyətli və müasir bankçılıq xidmətlərini göstərmək məqsədilə filial şəbəkəsini yeni konsepsiyaya uyğunlaşdırmağa davam edir.
AZXEBER.COM xəbər verir ki, bank, bu dəfə Bərdə şəhərində yerləşən eyniadlı filialını yeni konseptdə müştərilərin xidmətinə təqdim edib. Filial Bərdə şəhəri – İsmət Qayıbov küç., 8A ünvanında yerləşir.
AccessBank filiallarında müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, valyuta mübadiləsi və s. bank xidmətlərini təklif edir.
AccessBank filial şəbəkəsinin yenilənməsi və genişləndirilməsi işlərini çərçivəsindəBinəqədi, Mərdəkan, Lənkəran, Bakıxanov filiallarında yenidənqurma işləri aparıb, Şəmkir, Naxçıvan, Qəbələ, Tovuz və Ağcabədi filiallarının isə açılışını reallaşdırıb.
AccessBank-ın xidmət şəbəkəsi ilə tanış olmaq üçün:https://bit.ly/3MxKt8Y