“AccessBank”ın departament rəhbəri “Yüksəliş” müsabiqəsinin qalibi oldu

İQTİSADİYYAT
11:11 17.07.2021
589
"Yüksəliş” müsabiqəsinin qaliblərindən biri də "AccessBank”ın Hüquq və Komplayens departamentinin rəhbəri Tural Feyzullayevdir. O, müsabiqəyə müraciət etmiş 11 760 nəfər arasından idarəçilik səriştəsi və bacarıqlarına görə seçilib.

"Yüksəliş” müsabiqəsinin məqsədi yüksək potensiala və idarəetmə keyfiyyətlərinə sahib perspektivli menecerləri müəyyənləşdirmək və dəstəkləməkdir.

Bu, Tural Feyzullayevin ilk nailiyyəti deyil. Belə ki, o, 2018-ci ildə Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılmasına verdiyi töhfəyə və beynəlxalq reytinqlərdə ölkənin mövqeyinin daha da yaxşılaşdırılması sahəsində səmərəli fəaliyyətinə görə "Tərəqqi” medalı ilə təltif edilib.

Qeyd edək ki, Tural Feyzullayev "AccessBank”dan öncə Maliyyə Bazarlarına Nəzarət Palatasında və Azərbaycan Respublikasının Mərkəzi Bankında fəaliyyət göstərib.

Tural Feyzullayev Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Hüquqşünaslıq ixtisası üzrə bakalavr və Fransada Tuluza Universitetində Beynəlxalq Biznes Hüququ üzrə magistr dərəcələri alıb. Azərbaycan, ingilis və fransız dillərini bilir.

OXŞAR XƏBƏRLƏR