"AccessBank"ın depozit portfeli 500 mln. manatı ötüb

"AccessBank"ın depozit portfeli 500 mln. manatı ötüb
İQTİSADİYYAT
17:38 29.01.2019
8721
Bankın aktivləri isə 900 mln. manata çatır

AZXEBER.COM xəbər verir ki, "AccessBank" 2018-ci ilin yekunlarına dair maliyyə hesabatını açıqlayıb.

2019-cu ilin yanvarın 1-nə bankın aktivləri 878,688 mln. manata çatıb ki, bu da illik 33,867 mln. manat artımdan xəbər verir. 2018-ci ilin III rübü ilə müqayisədə isə sonuncu rübdə bankın aktivləri 42,232 mln. manat artıb. "AccessBank"ın kredit portfeli il ərzində 7,7% və ya 38,985 mln. manat, sonuncu rübdə isə 24,010 mln. manat artaraq 542,488 mln. manata çatıb.

Bankın depozit portfeli 101,323 mln. manat və ya 25,3% artaraq 501,138 mln. manat təşkil edib. Rüblük artım isə 37,113 mln. manat olub. Şübhəsiz ki, bu, müştərilər tərəfindən banka göstərilən yüksək etimadın göstəricisidir.

Dekabrın sonuna ani likvidlik əmsalı 79,5% təşkil edir ki, bu da normadan 2,65 dəfə çoxdur.

Hesabat dövründə bankın gəlirləri 27,315 mln. manat təşkil edib.

Maliyyə göstəricilərini şərh edən "AccessBank"ın İdarə Heyətinin sədri Anar Həsənov bildirib: "Əsas biznes göstəricilərinin ciddi artım nümayiş etdirməsi sübut edir ki, bankın yeni inkişaf mərhələsinə qədəm qoyması artıq öz bəhrələrini verir. Menecment bu artım dinamikasının tendensiya xarakteri alacağına əmindir. Başqa sözlə, bankın əsas missiyaları sırasına mikro, kiçik və orta sahibkarlığın partnyoru olaraq qalmaq, o cümlədən bu sahələrin inkişafında aktiv iştirak etməkdir. Bu baxımdan bankın kapitallaşması da mühüm rol oynanır. Qeyd edim ki, hazırda bu proses yekunlaşmaq üzrədir. "AccessBank" 2019-cu ilə yeni hədəflərlə daxil olub və inanıram ki, güclü komandamız və hər zaman bizə etimad göstərən müştərilərimiz sayəsində hər bir hədəfə nail olacağıq"
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mətanət İsgəndərlinin prodüserindən jurnalistlərə hörmətsizlik - VİDEO
16:26 07.05.2025
Mətanət İsgəndərlinin prodüserindən jurnalistlərə hörmətsizlik - VİDEO
“Musiqi mənim üçün həyatın özü, nəfəs aldığım dünyadır”
16:18 07.05.2025
“Musiqi mənim üçün həyatın özü, nəfəs aldığım dünyadır”
Moskvaya gedən Serbiya Prezidentinin təyyarəsi Bakıda məcburi eniş etdi
16:17 07.05.2025
Moskvaya gedən Serbiya Prezidentinin təyyarəsi Bakıda məcburi eniş etdi
Bakıda avtobus sürücüsü sərnişini boğmağa çalışdı
16:16 07.05.2025
Bakıda avtobus sürücüsü sərnişini boğmağa çalışdı
Turizm Agentliyinin “yol şousu” baş tutmadı: Tender ləğv edildi
16:15 07.05.2025
Turizm Agentliyinin “yol şousu” baş tutmadı: Tender ləğv edildi
Növbəti üç gündə bəzi rayonlarda leysan yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
16:14 07.05.2025
Növbəti üç gündə bəzi rayonlarda leysan yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Abşeronda problem bitmir: "Adamı danışmağa da peşman edirlər" - VİDEO
16:11 07.05.2025
Abşeronda problem bitmir: "Adamı danışmağa da peşman edirlər" - VİDEO
"Qalatasaray"ın keçmiş futbolçusu həbs edildi
16:07 07.05.2025
"Qalatasaray"ın keçmiş futbolçusu həbs edildi
"Orxan Lökbatanlını yaxşı ki, Heydər Əliyev Sarayına buraxmayıblar" - VİDEO
16:01 07.05.2025
"Orxan Lökbatanlını yaxşı ki, Heydər Əliyev Sarayına buraxmayıblar" - VİDEO
Ermənistan Konstitusiyasını dəyişdirir – Yeni layihə 10 aya hazır olacaq
15:53 07.05.2025
Ermənistan Konstitusiyasını dəyişdirir – Yeni layihə 10 aya hazır olacaq
"Qayıdış" xarici ölkəyə satılan ilk serial oldu
15:53 07.05.2025
"Qayıdış" xarici ölkəyə satılan ilk serial oldu
Dünən təyin olunan nazir bu gün işdən çıxarılıb? – Azərbaycanda maraqlı olay
15:52 07.05.2025
Dünən təyin olunan nazir bu gün işdən çıxarılıb? – Azərbaycanda maraqlı olay
Azərbaycanda yeni dövlət rüsumları müəyyənləşdi
15:51 07.05.2025
Azərbaycanda yeni dövlət rüsumları müəyyənləşdi
Binədə sənədi olmayan torpaqları satanlar tutuldu
15:42 07.05.2025
Binədə sənədi olmayan torpaqları satanlar tutuldu
Pakistanın səfiri Əhməd Şahidovun ATƏT-dəki çıxışını paylaşdı - VİDEO
15:39 07.05.2025
Pakistanın səfiri Əhməd Şahidovun ATƏT-dəki çıxışını paylaşdı - VİDEO
İraq Ərbil şəhərində Azərbaycan konsulluğunun açılmasını təklif etdi
15:39 07.05.2025
İraq Ərbil şəhərində Azərbaycan konsulluğunun açılmasını təklif etdi