“AccessBank”ın əsas üstünlüyü heç bir iş təcrübəsi olmayan gənclərə işləmək şansı verməsindədir”

“AccessBank”ın əsas üstünlüyü heç bir iş təcrübəsi olmayan gənclərə işləmək şansı verməsindədir”
İQTİSADİYYAT
16:07 17.09.2020
770
Bugünkü müsahibimiz "AccessBank”ın Gəncə və region filiallarının rəhbəri Renat Hümbətovdur.
 
AZXEBER.COM həmin müsahibəni təqdim edir:

1. 15 ildən çoxdur ki, "AccessBank”da işləyirsiz. İlk iş gününüzü necə xatırlayırsız? Onda heç bankda bu qədər uzun müddət işləyəcəyinizi düşünürdünüzmü?

15 il deyirsiz, amma mənə elə gəlir ki, "AccessBank”da işə dünən başlamışam. Həmyaşıdlarım bilər, 2005-ci ildə iş tapmağın özü bir hadisə idi və həmin vaxt əsas məqsəd işdə qalmaq idi. Bankda çoxlu sayda imtahan, müsabiqə və seminarlardan keçdikdən sonra təcrübəçi kredit mütəxəssisi qismində işə başladım. Fikirləşirdim ki, əsas çətinliklər artıq arxada qaldı, amma yanılırdım: hələ hər şey qabaqdaydı! Onda elə düşünürdüm ki, bankda əsas meyarlar qalstukun yerində, ayaqqabının təmiz və saç düzümünün qaydasında olmasıdır. (Hələ də belə düşünənlər var) Ancaq elə ilk iş günümdə anladım ki, necə yanılırmışam. Kredit mütəxəssisinin işində məntiq çox sadədir: kredit verməlisən. Əsas sual isə odur ki, kredit üçün müştərini necə tapmalı? İşdə ilk aylarımda bütün günüm müştəri axtarışında keçirdi. Günün sonuna nə saç düzümü, nə ayaqqabı, nə də qalstukun səliqəsindən əsər-əlamət qalırdı. Ancaq necə deyərlər "General olmaq istəməyən əsgər yaxşı əsgər deyil”. "AccessBank”da işləyərək belə bir nəticəyə gəldim ki, əgər karyera qurmaq və uğur qazanmaq istəyirsənsə, ilk növbədə özündə intizam vərdişini inkişaf etdirməli, yorulmadan çalışmalı və potensialını göstərməlisən.

2. "AccessBank”ın bəyəndiyiniz cəhətləri hansılardır?

Bankın üstün cəhətləri çoxdur. Mənə görə bunlardan əsas olanları şəffaflıq, karyera artımı imkanları və komanda ruhudur. Amma ən çox bəyəndiyim "AccessBank”ın heç bir iş təcrübəsi olmayan gənclərə işləmək şansı verməsidir. İndi keçmişə baxanda anlayıram ki, o şanslılardan biri də mənəm. Bu gün "AccessBank” ailəsinin bir üzvü olmaqdan çox xoşbəxtəm!
 

 

3. Bölgə filialı kimi ən yüksək maliyyə göstəricilərinə maliksiz. Sizcə uğurunuzun sirri nədədir?

Bəli, "AccessBank”ın ən böyük kredit portfeli, işçi sayı və filialın həcminə görə Gəncə filialı ilk pillədədir. Filial iki il (2018,2019) ardıcıl olaraq mikrokreditlər və qeyri-kredit məhsuları üzrə bölgədə ən güclü filial seçilib. Uğurun sirrinə gəldikdə isə, məncə ilk növbədə ətrafında güclü komanda formalaşdırmalısan. Çünki komandanın hər bir üzvü qoyulan məqsədə çatmaq üçün səy göstərirsə, uğur qaçılmazdır. Komanda ruhunun yüksək

olması mənim üçün çox vacib amildir və təbii ki, komandanı daim motivasiya etmək lazımdır. Əməkdaşlarımızın əldə etdikləri nailiyyətlərə, karyeralarında qazandıqları uğurlara şəxsi uğurum kimi sevinir və onları daim dəstəkləyirəm. İkinci vacib amil öz işini sevmək, üçüncüsü isə Bankımızın üstünlüklərini görməkdir. Son illər əldə etdiyimiz nəticələrə görə deyə bilərəm ki, bu qədər müştərinin bizim xidmətlərdən yararlanması və razı qalması komandamızın yüksək peşəkarlığının göstəricisidir.

4. Gəncə filialının rəhbəri və regional menecer kimi işiniz nədən ibarətdir?

Hər bir bank üçün strateji hədəflərinə uyğun regional şəbəkə qurmaq vacibdir. Bölgə filiallarının əsas xüsusiyyətləri ondan ibarətdir ki, ətraf rayonlarda kənd təsərrüfatında işləyənlərlə yanaşı, fərdi biznes ilə məşğul olan müştərilər də var. Coğrafi cəhətdən əlverişli ərazidə yerləşdiyimiz üçün bütün növ kənd təsərrüfatlarına və bizneslərə kredit veririk, öz vəsaitlərimizdən savayı AKİA, SİF, Zəmanət və İpoteka fondu ilə də sıx əməkdaşlıq edirik. Bölgədəki insanların iqtisadi fəallığı da bizə bunları həyata keçirməyə imkan verir. Müsbət tərəflərdən biri də odur ki, doğma şəhərimdə Gəncədə işləyirəm. Cavabdeh olduğum region filialları da (Qazax, Mingəçevir, Bərdə, Şəki, Zaqatala) Bankımız üçün strateji əhəmiyyət daşıyırlar. Regionda işləyən həmkarlar da mənim kimi "AccessBank” məktəbinin məzunlarıdır və biz biri-birimizi 10 ildən artıqdır ki tanıyırıq. Bu baxımdan komfort zonadayam.

 

5. "AccessBank”da həm karyeranızı qurmusuz, həm də şəxsi xoşbəxtliyinizi tapmısız. Xanımınız da "AccessBank”lıdır. Tanışlıq hekayənizi danışardız bizə.

Biz Gəncə filialına eyni vaxtda işə qəbul olmuşuq. Demək olar ki, Gəncə filialının təməlini qoyanlardanıq. Mən kredit mütəxəssisi olaraq işləyirdim, həyat yoldaşım isə kredit sənədlərinin rəsmiləşdirilməsi üzrə mütəxəssis idi. Bəzən iş əsnasında mübahisələrimiz də yaranırdı. Münasibətimizin nə zaman iş çərçivəsindən çıxaraq şəxsi münasibətə keçməsini indi xatırlamıram. Bir də onu hiss etdim ki, həmkarımın mənim barəmdə nə düşündüyü mənim üçün çox vacibdir. Ən maraqlısı da odur ki, Gəncə filialının rəhbəri təyin olunan kimi həyat yoldaşım öz ərizəsi ilə işdən çıxdı. Əslində Bankın qaydalarına görə evli cütlüklər eyni filialda işləyə bilməz.

6. Bankçılıq mühitində böyüyən övladlarınızın bu işə marağı necədir? Onlar da sizin yolunuzu davam etdirmək istəyirlər?

Övladlarımın yaşı az olduğuna görə hələ qərar verə bilmirlər. 5 yaşlı qızım hər gün fikirini dəyişir, 8 yaşlı oğlum isə indiki uşaqların əksəriyyəti kimi daha çox yeni nəsil texnologiyalara üstünlük verir. Onsuz da peşə seçimini onların öz öhdəsinə verəcəyik. Biz öz şəxsi təcrübəmizdən bilirik ki, işini sevən adam daha çox uğur qazanır. Əsas odur ki, yaxşı insan və cəmiyyət üçün faydalı vətəndaş olsunlar, yerdə qalanı düzələndir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib
09:23 31.07.2026
Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib
Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib
09:17 31.07.2026
Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib
Azərbaycan-Qırğızıstan sənədləri mübadilə edildi
09:10 31.07.2026
Azərbaycan-Qırğızıstan sənədləri mübadilə edildi
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanıb
09:07 31.07.2026
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanıb
Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar
09:06 31.07.2026
Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanacaq
09:03 31.07.2026
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanacaq
Prezident: "Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir"
08:58 31.07.2026
Prezident: "Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir"
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
08:57 31.07.2026
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
Prezident: "Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik"
08:56 31.07.2026
Prezident: "Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik"
İlham Əliyev: "Azərbaycanın və Qırğızıstanın humanitar sahədə əlaqələri uğurla inkişaf edir"
08:54 31.07.2026
İlham Əliyev: "Azərbaycanın və Qırğızıstanın humanitar sahədə əlaqələri uğurla inkişaf edir"
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
08:51 31.07.2026
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib
08:32 31.07.2026
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib
Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
08:23 31.07.2026
Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
Türkiyə Livanı dəstəkləməyə hazırdır - Ərdoğan
05:37 31.07.2026
Türkiyə Livanı dəstəkləməyə hazırdır - Ərdoğan
Rusiyada benzin və dizel ixracına qoyulan qadağanın müddəti uzadıldı
03:23 31.07.2026
Rusiyada benzin və dizel ixracına qoyulan qadağanın müddəti uzadıldı
İran Bolqarıstana xəbərdarlıq etdi
02:40 31.07.2026
İran Bolqarıstana xəbərdarlıq etdi