“Açıq havada tək olsanız, maska taxmaya bilərsiniz” - TƏBİB nümayəndəsi

“Açıq havada tək olsanız, maska taxmaya bilərsiniz” - TƏBİB nümayəndəsi
SOSİAL
10:30 12.02.2021
3570
"Nazirlər Kabinetinin qərarında sosial məkanlarda maska taxılmalıdır”.

AZXEBER.COM xəbər verir ki, bu barədə TƏBİB-in nümayəndəsi, həkim-infeksionist Nəzrin Mustafayeva RealTV-yə müsahibəsində bildirib.

"Əgər açıq havada tək gedirsinizsə, maska taxmaya bilərsiniz. Sosial məkanlarda olarkən isə mütləq maska taxılmalıdır.

Bulvarda, yaxud parkda gəzərkən və ətrafda heç kim olmadıqda maska taxmaya bilərsiniz. Elə bir qayda da yoxdur”, - deyə Nəzrin Mustafayeva bildirib.
OXŞAR XƏBƏRLƏR