Ağciyər İnstitutunda daha bir ölüm

Ağciyər İnstitutunda daha bir ölüm
SOSİAL
12:36 03.02.2020
1514
Elmi-Tədqiqat Ağciyər İnstitutunda daha bir ölüm faktı qeydə alınıb.

AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, yanvarın 17-də xəstəxananın reanimasiya şöbəsinə daxil olan Quba rayon sakini, 1983-cü il təvəllüdlü xəstə fevralın 2-də ağciyər-ürək çatışmazlığından vəfat edib.

Xəstəxanaya daxil olarkən həkimlər xəstəyə ağciyərlərin səpələnmiş vərəmi, infiltrasiya mərhələsi VMB +Vmb, boyun limfa vəzilərinin vərəmi, xroniki böyrək çatmazlığı diaqnozu qoyulub. Xəstəyə daha əvvəl böyrək transplantasiyası olunub. 

Faktı Ağciyər İnstitutundan saytımıza təsdiqləyiblər. 

Xatırladaq, bu, yanvarın 15-dən indiyədək institutdakı səkkizinci ölüm hadisəsidir.
OXŞAR XƏBƏRLƏR