"Aciz insanların məğlub olduqları zaman əl atdıqları yeganə vasitə budur" - PA rəsmisindən şərh

"Aciz insanların məğlub olduqları zaman əl atdıqları yeganə vasitə budur" - PA rəsmisindən şərh
SİYASƏT
16:33 30.07.2019
4032

Əli Həsənov radikal müxalifətə niyə hücüm edir?

Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov keçdiyimiz günlərdə gündəmin aktual mövzuları ilə bağlı əhatəli bir yazı qələmə alaraq, ictimai maraq doğuran bəzi məsələlərə aydınlıq gətirmişdir. O, geniş rezonans doğuran məqaləsində yaxın tariximizə ekskursiya etmiş, dövlət quruculuğumuzun inkişaf mərhələlərini əsaslı şəkildə təhlil etmiş, əldə edilən uğur və nailiyyətləri hər vəchlə qaralamağa çalışan radikal müxalifət cəbhəsini təkzibolunmaz faktlarla növbəti dəfə ifşa etmişdir.

AZXEBER.COM xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov qeyd edib. O, bildirib ki, əslində burda qeyri-adi heç nə yoxdur. Çünki Əli Həsənov dövlətin ideoloji kursu ilə məşğul olan, informasiya siyasətini həyata keçirən şöbənin rəhbəridir və eyni sahə üzrə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin köməkçisidir. Buna görə də respublikanın ictimai-siyasi həyatından birbaşa məsul olan dövlət rəsmisi kimi Əli Həsənovun zaman-zaman bu cür analitik və konseptual yazılarla çıxış etməsi tamamilə normaldır, hətta vacibdir. Belə aydın olur ki, məqalədə ifşa olunan radikal anti-milli ünsürlər və dövlətimiz üçün ağır nəticələnən hərc-mərclik dövrünün tör-töküntüləri üçün məlum yazı sarsıdıcı zərbə olub. Çünki Prezidentin köməkçisi həmin məqaləsində yaxın tariximizə bir daha işıq tutaraq, AXCP sədrinə çox da öyünüləsi olmayan siyasi keçmişini xatırladıb, onun xatırlamaq istəmədiyi faktları sadalayıb və layiq olduğu yeri göstərib.

Adminstrasiya rəsmisi vurğulayıb ki, Əli Həsənovun Kərimlinin timsalında radikal müxalifət qanadına hücum etməsini müxtəlif yerlərə yozanlar yaxşı olardı ki, "Keşikçidağ” məsələsində AXCP sədrinin anti-milli, provakativ və qərəzli mövqeyinə nəzər yetirəydilər. O, var gücü ilə ictimai rəyi manipulyasiya edib hakimiyyəti təzyiq altına salmağa və ölkəmizi yeni toqquşmaya sürükləməyə çalışırdı. Ehtimal etmək çətin deyil ki, "Keşikçidağ” məsələsi Əli Kərimlinin rəhbər vəzifədə təmsil olunduğu AXC-Müsavat cütlüyünün fərsiz hakimiyyəti dövründə baş versəydi, Azərbaycan yeni bir böhrana yuvarlanacaqdı.

"Beləliklə, Əli Həsənovun radikal müxalifəti tənqid etməsinin səbəbi onların hakimiyyətə qarşı destruktiv və qərəzli mövqe tutmaları, ümumilli məsələlərdə dövlət maraqlarına zidd mövqe sərgiləmələri, ölkəni xaosa və qarşıdurmaya sürükləmək cəhdləridir. Təəssüf ki, Əli Kərimli və onun tərəfdaşları tənqiddən nəticə çıxarmaq, bir hissəsində yer aldıqları məqaləni dərindən öyrənib, tezisləşdirib siyasi dünyagörüşlərində köklü islahatlar aparmaq yerinə şər-böhtan maşınını işə salmağa üstünlük veriblər. Adətən aciz insanların məğlub olduqları zaman əl atdıqları yeganə vasitə budur.

P.S. Hiss olunur ki, Əli Həsənovun öz məqaləsinin bir neçə abzasını Əli Kərimliyə həsr etməsi onu həyəcanlandırıb və xoşbəxtlik bəxş edib. Yazıda özü haqqında sərt ifadələrin yer almasına baxmayaraq, AXCP sədri Prezidentin köməkçisi tərəfindən adının çəkilməsinin eyforiyasına qapılır, özünü bəxtəvər hiss edir və bundan piar kimi istifadə etməyə təşəbbüs göstərir. Bu da təbiidir. Hansı ki, illərdir dəridən-qabıqdan çıxanlar bu uğura nail ola bilmirlər...”


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Sabah” doğma meydanda qələbə qazandı
21:59 19.03.2026
“Sabah” doğma meydanda qələbə qazandı
İki ölkə Ukraynaya ayrılan 90 milyard avroluq hərbi yardımı blokladı
21:53 19.03.2026
İki ölkə Ukraynaya ayrılan 90 milyard avroluq hərbi yardımı blokladı
KİV: İran İsraildəki elektrik stansiyasına və neft emalı zavoduna zərbələr endirib
21:48 19.03.2026
KİV: İran İsraildəki elektrik stansiyasına və neft emalı zavoduna zərbələr endirib
Azərbaycanın İtaliyadakı səfirliyinin konsulluq bölməsi 11 gün işləməyəcək
21:41 19.03.2026
Azərbaycanın İtaliyadakı səfirliyinin konsulluq bölməsi 11 gün işləməyəcək
Axtarışda olan şəxs Ukraynadan Azərbaycana gətiriləcək
21:33 19.03.2026
Axtarışda olan şəxs Ukraynadan Azərbaycana gətiriləcək
KİV: İran ABŞ-a məxsus F-35 qırıcısını vurub
21:24 19.03.2026
KİV: İran ABŞ-a məxsus F-35 qırıcısını vurub
Britaniya səfirliyi Azərbaycan xalqını təbrik etdi
21:13 19.03.2026
Britaniya səfirliyi Azərbaycan xalqını təbrik etdi
Gəncədə 34 yaşlı şəxs bıçaqlandı
20:54 19.03.2026
Gəncədə 34 yaşlı şəxs bıçaqlandı
Özbəkistanın rəsmi UZA agentliyi: Daşkənd və Bakı regional iqtisadi əməkdaşlığın yeni modelini qurur
20:46 19.03.2026
Özbəkistanın rəsmi UZA agentliyi: Daşkənd və Bakı regional iqtisadi əməkdaşlığın yeni modelini qurur
Bu xətt üzrə avtobuslar yeniləndi - Kart sisteminə keçdi
20:32 19.03.2026
Bu xətt üzrə avtobuslar yeniləndi - Kart sisteminə keçdi
Nuranın xalq artisti ilə dueti bu səbəbdən baş tutmadı
20:23 19.03.2026
Nuranın xalq artisti ilə dueti bu səbəbdən baş tutmadı
Azərbaycanda bu məmurların, nazirlərin maaşı artırıldı - SİYAHI - RƏQƏMLƏR
20:14 19.03.2026
Azərbaycanda bu məmurların, nazirlərin maaşı artırıldı - SİYAHI - RƏQƏMLƏR
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
20:06 19.03.2026
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırılıb
20:00 19.03.2026
Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırılıb
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib
19:43 19.03.2026
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib
Lukaşenko özünü Trampın tərəfdarı adlandırıb
19:40 19.03.2026
Lukaşenko özünü Trampın tərəfdarı adlandırıb