Aclıq aksiyası keçirən Saakaşvili uşaq qidaları yeyirmiş - FOTO+VİDEO

Aclıq aksiyası keçirən Saakaşvili uşaq qidaları yeyirmiş - FOTO+VİDEO
DÜNYA
21:36 06.11.2021
716
"Mixail Saakaşvili həbsxanada heç də aclıq aksiyası keçirmir. O müəyyən günlərdə qida əlavələri qəbul edib".

AZXEBER.COM Bakupost-a istinadən xəbər verir ki, bu barədə Penitensiar Xidmətin rəhbəri Nika Çxvaraşvili məlumat verib.
 
Bildirib ki, bununla bağlı video yayılıb:
 
"Saakaşvili aclıq aksiyası zamanı uşaqlar üçün olan qidalar, içkilər qəbul edib. Görüntülər 1,2,3 noyabrda tibb məntəqəsində olarkən çəkilib. Bunlar uşaqlar üçün olan quru qidalardır".
 
Qeyd edək ki, bu gün Mixail Saakaşvilinin tərəfdarları Rustavi həbsxanasının qarşısında aksiya keçiriblər.
 

 

 

OXŞAR XƏBƏRLƏR