Aclıqdan pişik əti yedilər

Aclıqdan pişik əti yedilər
DÜNYA
12:10 14.01.2014
1102
Suriyanın paytaxtı Dəməşqdəki Yermuk qaçqın düşərgəsində aclıqdan pişik əti yemək məcburiyyətində qalan 7 nəfərlik ailə zəhərlənib.
Suriya İnqilab Şurasından verilən məlumata görə, 20 mindən artıq qaçqının yaşadığı, "sakin"lərinin əksəriyyətinin fələstinlilər olduğu Yermuk düşərgəsində aclıq və səfalət hökm sürür. Fələstinli Akil ailəsi acından pişik əti yeyəndən sonra düşərgədəki Fələstin Xəstəxanasına aparılıb.
Düşərgəyə ərzaq məhsulları və dərman preparatlarının daşınmasına çətinliklər yaradıldığından oradakı insanlar zillətlə qarşılaşıblar.(milli.az)
OXŞAR XƏBƏRLƏR