Acun Ilıcalı Avropadan daha bir klub alır

Acun Ilıcalı Avropadan daha bir klub alır
DÜNYA
11:52 31.03.2023
402

Türkiyənin məşhur prodüseri, TV8 kanalının sahibi Acun Ilıcalı daha bir komanda almağa hazırlaşır. 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, İrlandiya Liqasının komandaları "Shelbourne FC” və "Athletic” arasında keçirilən matçı tribunadan izləyən Ilıcalının yaxın vaxtlarda klubun səhmlərini alacağı gözlənilir.

İngiltərə mətbuatında yer alan xəbərə görə, Acun Ilıcalı İrlandiya Liqası komandalarından "Shelbourne FC”ni almağa çox yaxındır. 

Qeyd edək ki, "Shelbourne FC” İrlandiya Liqasında 5-ci yerdədir. Komandanın məşqçisi "Çelsi”nin keçmiş oyunçularından biri olan Damien Duffdur.

Ayşən

OXŞAR XƏBƏRLƏR