İş adamı Acun Ilıcalı "Fənərbağça" komandasında tutduğu vəzifədən istefa verib.
Bu barədə İstanbul təmsilçisinin Mətbuat Xidmətinin yaydığı məlumatda deyilir.
Bildirilir ki, Ilıcalı klubun İdarə Heyətinin üzvü vəzifəsindən istefa edib. O, 2024-2025-ci illər ərzində bu postu tutub.
Klub Ilıcalıya fəaliyyətinə görə təşəkkür edərək, gələcək işlərində uğurlar arzulayıb.