Acun sözünü tutdu - O uşaqları tapdı

Acun sözünü tutdu - O uşaqları tapdı
MAQAZİN
23:06 31.10.2018
9782
TV8"in sahibi, aparıcı və prodüser Acun İlıcalı verdiyi sözü tutub.

Aparıcı bir müddət əvvəl "O səs Türkiyə” proqramını təqlid edərək gündəmə gələn uşaqları tapıb və 2 günlük İstanbula gətirdir.

Türkiyədəki kəndlərdən birində yaşayan uşaqların valideynləri ilə danışılıb və həmin kəndin məktəbindən 50 şagird, 10 müəllim İstanbula dəvət olunub. Şagirdlər ilk dəfə təyyarəyə minəcəklərini və dəniz görəcəklərini bildiriblər. 

Qeyd edək ki, bir neçə uşaq adıçəkilən proqramı təqlid edərək telefonda lentə alıb və sosial şəbəkədə paylaşıb. Həmin görüntüləri Acun öz səhifəsində yerləşdirərək "İlk işim sizi tapmaq olacaq” qeydini yazıb. Çəkilən videoda maraqlı məqam isə gənc qızın verilişə "Azərbaycandan qatılıram" sözlərini deməsi olub.
 
///Axşam.az
 

OXŞAR XƏBƏRLƏR