Acundan “O Ses Türkiye”dən qovulan azərbaycanlılar haqda AÇIQLAMA

Acundan “O Ses Türkiye”dən qovulan azərbaycanlılar haqda AÇIQLAMA
MAQAZİN
16:20 10.01.2017
1292

Azərbaycanlı iştirakçıların "O Səs Türkiyə”dən uzaqlaşdırılması mediyada səs-küyə səbəb oldu. Həmin iştirakçılar Zülfü Əsədov, Müşviq Əliyev, Nofəl Aslanov, İlham Nəzərov və Gülşən İbadovadır.

Acun Ilıcalının köməkçisi Nazlı Sütçü bütün bu məqamlara aydınlıq gətirib. ”Dünyanın bir çox ölkələrindən bizim layihəyə iştirakçılar qatılır. Xüsusən də, Azərbaycan bu məsələdə birinci yerdədir. Biz azərbaycanlılara daha həssas yanaşırıq, onları görəndə çox sevinirik. "Azərbaycan və Türkiyə birdir” deyə düşünürük. Kənarlaşdırılan iştirakçılara da orda açıqlama verildi ki, "daha yaxşı performans göstərərdin, səni seçərdik, digərini deyil”. Biz hər il Azərbaycandan nə qədər iştirakçı qəbul edirik. Biz onları öz məmləkətimizin vətəndaşlarından biri kimi qəbul edirik. Hazırda layihədə 4 ən yaxşı azərbaycanlı iştirakçı yarışır. Bu yarışmanın birincisi, çempionu olan azərbaycanlısı da var”.

Bunun bir qurma olduğunu dərhal anladıq.

Nazlı Sütçü 5 iştirakçının eyni vaxtda kənarlaşdırılamasına bu cür aydınlıq gətirdi: "Layihədə sırf opera ifaçısı və ya sırf türkü oxuyan qruplar var. Bu dəfə Azərbaycandan qatılan iştirakçıların əksəriyyəti opera ifaçısı olduğundan seçim bu cür oldu. Burda başqa məna axtarmaq sadəcə, ayıbdır və biz buna çox təəssüf edir, çox üzülürük”.

Nazlı Sütçü azərbaycanlı iştirakçıların hansısa yanlış addımları ola biləcəyi barədə iddialara da açıqlama verib: "Qətiyyən azərbaycanlı iştirakçıların heç birinin yanlış addımları, bir qüsurları, sayğısızlıqları olmayıb. Əxlaqları ilə bağlı da heç bir problem yaşanmayıb. Sadəcə, seçilmə ilə bağlı mərhələdə bu cür qərar verildi”.

Qeyd edək ki, iştirakçıların Musavat.com-a verdiyi açıqlamalardan belə məlum olur ki, əvvəlcə onları məlum olmayan səbəblərdən eyni qrupa salıblar, baxmayaraq ki, müxtəlif müğənnilərin qruplarında çalışıblar, daha sonra isə seçim keçirilib və 5 azərbaycanlıya layihədən kənarlaşdırıldıqları deyilib. Ən ilginc olanı isə hələ bir ay əvvəldən həmin iştirakçıların "O səs Türkiyə” yarışmasındakı ən çox reytinqli olan videolarının "Yutubdan”dan silinməsi olub. (baku.ws)

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əhalinin son sayı açıqlandı
10:27 18.06.2026
Əhalinin son sayı açıqlandı
Ermənistan 90-cı illərdə urbitit yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı - İlham Əliyev
10:12 18.06.2026
Ermənistan 90-cı illərdə urbitit yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı - İlham Əliyev
Azərbaycan əhalisinin sayı artıb
10:08 18.06.2026
Azərbaycan əhalisinin sayı artıb
“Qızım mənə “bloqerlər vəkillərdən çox pul qazanır” deyirdi…”
10:03 18.06.2026
“Qızım mənə “bloqerlər vəkillərdən çox pul qazanır” deyirdi…”
Acunundan ayrılan xanımı yenidən ərə gedir
10:03 18.06.2026
Acunundan ayrılan xanımı yenidən ərə gedir
İlham Əliyev: Müharibəni başlayacağımız təqdirdə bizi sanksiya ilə hədələyirdilər
09:58 18.06.2026
İlham Əliyev: Müharibəni başlayacağımız təqdirdə bizi sanksiya ilə hədələyirdilər
ABŞ və İran anlaşdılar: İmzalanan sənədin TAM MƏTNİ
09:56 18.06.2026
ABŞ və İran anlaşdılar: İmzalanan sənədin TAM MƏTNİ
Azərbaycan vasitəsilə daşınan yüklərin həcmini iki dəfə artırmaq istəyirik - Prezident
09:48 18.06.2026
Azərbaycan vasitəsilə daşınan yüklərin həcmini iki dəfə artırmaq istəyirik - Prezident
İlham Əliyev: Azərbaycanda qeyri-neft-qaz sektorunun ÜDM-də payı 70 %-dən artıqdır
09:47 18.06.2026
İlham Əliyev: Azərbaycanda qeyri-neft-qaz sektorunun ÜDM-də payı 70 %-dən artıqdır
Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub
09:44 18.06.2026
Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub
Azərbaycanda iqtisadi inkişafla bağlı hər hansı bir çətinlik gözlənilmir - İlham Əliyev
09:43 18.06.2026
Azərbaycanda iqtisadi inkişafla bağlı hər hansı bir çətinlik gözlənilmir - İlham Əliyev
Prezident: Azərbaycanda işsizlik aşağı həddə saxlanılır
09:42 18.06.2026
Prezident: Azərbaycanda işsizlik aşağı həddə saxlanılır
“Ölkə tarixində ilk dəfə 3 universitetimiz TOP 800-ə daxil olub”
09:39 18.06.2026
“Ölkə tarixində ilk dəfə 3 universitetimiz TOP 800-ə daxil olub”
Dünya ölkələrinin əksəriyyətinin dəstəyi Azərbaycanın nailiyyətlərinə əsaslanır - Prezident
09:36 18.06.2026
Dünya ölkələrinin əksəriyyətinin dəstəyi Azərbaycanın nailiyyətlərinə əsaslanır - Prezident
İlham Əliyev: Azərbaycan enerji resurslarına ehtiyacı olan ölkələrə dəstək göstərib
09:34 18.06.2026
İlham Əliyev: Azərbaycan enerji resurslarına ehtiyacı olan ölkələrə dəstək göstərib
"Azərbaycanı açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq daşımalar qovşağına çevirməyə çalışırıq"
09:31 18.06.2026
"Azərbaycanı açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq daşımalar qovşağına çevirməyə çalışırıq"