Acunun məhkəməyə verdiyi azərbaycanlı model - DANIŞDI

MAQAZİN
17:04 01.04.2015
12328

Türkiyənin məşhur “TV8” kanalında yayımlanan ən reytinqli moda proqramlardan olan “İşte Benim Stilim” azərbaycanlı iştirakçı Merlin Təranəni məhkəməyə verilməsi barədə məlumat vermişdik.Belə ki, verilişin yaxın zamanlarda başlayacaq 3-cü sezonunda 13 qızdan biri seçilən Merlin Təranə verilişə qatılmaqdan imtina edib. Buna görə də məşhur prodüsser Acunun rəhbəri olduğu “TV8” kanalı modeli məhkəməyə vermək qərarına gəlib.

Məsələ ilə bağlı AZXEBER.COM-a danışan Merlin Təranə proqrama qatıla bilməməsinin səhhətində yaranan problemlərlə bağlı olduğunu deyib: “Çəkilişlər gözlədiyimdən də artıq tez başladı. Səhhətimdə yaranan problemlər yarışmadan uzaqlaşmağıma gətirib çıxartdı. Doğrudur. Ciddi bir səbəb olmasa idi, məni məhkəməyə verə bilərdilər. Ancaq mən həkimdən kağız təqdim etdim və bu məsələ aradan qaldırıldı. Onlar da özləri gördülər ki, həkimlər verilişdə iştirak etməyimi qadağan edib”.

Qeyd edək ki, Merlin Təranə Azad Azərbaycan televiziyasında yayımlanan “Özünə bax” moda verilişinin qalibi olub.

OXŞAR XƏBƏRLƏR