Azərbaycan Diplomatik Akademiyası (ADA) Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi ilə qrant müqaviləsi imzalayıb.
AZXEBER.COM xəbər verir ki, müqaviləyə əsasən ADA-da Avropa İttifaqı Araşdırmalar Mərkəzi fəaliyyətə başlayacaq.Bu Mərkəz dövlət qulluqçularına təlimlər verməklə yanaşı, ADA-da Avropa İttifaqı üzrə magistratura proqramının yaradılmasına yardım göstərəcək. Magistartura proqramının ADA-nın 2007-ci ildən bəri əməkdaşlıq etdiyi Belçikanın Avropa Kolleci ilə birgə həyata keçiriləcəyi planlaşdırılır.Qrant müqaviləsi əsasında, həmçinin Azərbaycan-Avropa İttifaqı əlaqələrinə həsr olunmuş üç konfransın təşkili, kitabxana yaradılması, ADA-nın professor və müəllim heyətinin Avropa universitetlərinə səfərləri, tələbə mübadiləsi, təlimçilər üçün təlim proqramlarının keçirilməsi, o cümlədən tədris proqramının təkmilləşdirilməsi kimi işlər görüləcək.Yaradılacaq Avropa İttifaqı üzrə magistratura proqramı ADA-nın Diplomatiya və Beynəlxalq Münasibətlər üzrə magistratura proqramının təkibində həyata keçiriləcək.Qeyd edək ki, 2014-2015-ci akademik il üçün ADA-nın Diplomatiya və Beynəlxalq Münasibətlər İctimai Siyasət ixtisasları üzrə magistratura proqramlarına tələbə qəbulu davam edir.