ADA yeni musiqi layihəsinə başladı

MƏDƏNİYYƏT
22:16 25.01.2013
1514

Azərbaycan Diplomatik Akademiyası tələbələri üçün yeni musiqi layihəsinə başlayıb.

Beynəlxlaq Muğam Mərkəzi ilə birgə keçirilən aylıq mühazirələrdə gələcək diplomatlar Azərbaycanın musiqi mədəniyyəti, onun beynəlxalq aləmdə təmsil edilməsi, mədəni diplomatiya üçün əhəmiyyəti və bəşəri irsə verdiyi töhvələrlə bağlı məsələlər işıqlandırılacaq.“ADA-da Musiqi Axşamları” adlanan bu layihənin ilk mühazirəsi Azərbaycanın dahi bəstəkarı, doğum günü ölkəmizdə Milli Musiqi Günü kimi qeyd edilən Üzeyir Hacıbəylinin yaradıcılığına həsr edilib.Azərbaycan Bəstəkarlar İttifaqının katibi, musiqişünas Lalə Hüseynova ADA müəllim və tələbə heyəti qarşısında çıxış edərək bildirib ki, Şərq dünyasının ilk operası kimi tanınan “Leyli və Məcnun” operası düz 105 il bundan əvvəl o zamankı Tağıyev teatrında səhnələşdirilib.Köhnə təqvimlə bu tarixi gün 12 yanvar olsa da, yeni təqvimlə 25 yanvara təsadüf edir.Musiqişünas Üzeyir Hacıbəylinin əsərləri ilə yanaşı, onun maarifçi, naşir, ədib kimi fəaliyyətindən də danışmış, 20-ci əsrin əvvələrində Üzeyir Hacıbəylinin yaradıcılığının mütərəqqi ziyalı nəsil üçün cəsarət və ilham mənbəsi olduğunu vurğulayıb.“ADA Musiqi Axşamı”da Azərbaycan opera səhnəsinin ulduzları, xalq artistləri Mənsum İbrahimov, Aygün Bayramova, Samir Cəfərov, əməkdar artist İnarə Babayeva və digərləri bəstəkarın ölməz operalarından parçaları ifa ediblər.“ADA Musiqi Axşamı”nda Azərbaycan Diplomatik Akademiyasının rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev və Beynəlxalq Muğam Mərkəzinin direkotru, xalq artisti Murad Hüseynov da iştirak ediblər.

OXŞAR XƏBƏRLƏR