Ağdam və Xocavənd rayonlarında açıq ərazilərdə yanğın başlayıb

Ağdam və Xocavənd rayonlarında açıq ərazilərdə yanğın başlayıb
SOSİAL
21:55 24.07.2025
596
Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Ağdam rayonunun Gülablı, Abdal və Xocavənd rayonunun Sos kəndləri istiqamətində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

AZXEBER.COM xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat verib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.

OXŞAR XƏBƏRLƏR