Ağdama düşən dolu evlərə və fərdi təsərrüfatlara ciddi ziyan vurub

Ağdama düşən dolu evlərə və fərdi təsərrüfatlara ciddi ziyan vurub
SOSİAL
17:55 18.06.2023
207
Ağdam rayonunda hava şəraiti qeyri-sabit keçib, güclü yağış yağıb, dolu düşüb.

"Report”un Qarabağ Bürosunun verdiyi xəbərə görə, rayonun Çəmənli, Zəngişalı, Mahrızlı, Üçoğlan, Baharlı 1 və Baharlı 2 qəsəbələri dolunun ən çox düşdüyü bölgələr olub.

Kənd sakinlərinin verdiyi məlumata görə, güclü dolu evlərin və yardımçı tikililərin dam örtüklərinə ziyan vurub.

Fərdi təsərrüfatlara və əkin sahələri ciddi ziyan dəyib. Ağdam rayon Fövqəladə Hallar Komissiyasına dolunun vurduğu ziyanla bağlı vətəndaşlardan müraciətlər daxil olub. Hazırda, dəyən ziyanın hesablanması istiqamətində işlər aparılır.
OXŞAR XƏBƏRLƏR