“Adama elə gəlir ki, bu uşaqlara, ümumiyyətlə, Azərbaycan dili fənni tədris olunmayıb”

MEDİA
14:42 14.09.2020
233

"Orta məktəblərdə dili tədris edən müəllimlərin özləri və ya tədrisdə istifadə etdikləri proqramlar diqqətə alınmalı, bir daha nəzərdən keçirilməlidirlər, qüsurun harada olduğu təcili şəkildə müəyyənləşdirilib aradan qaldırılmalıdır. Əks təqdirdə, dilimizin orfoqrafik, leksik, qramatik normaları, ümumilikdə isə elmi, ədəbi, bədi dilimizin varlığı sual altına düşəcək”. 

 

AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib. O bildirib ki,  Dövlət İmtahan Mərkəzində bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olunmaq istəyən abituriyentlər üçün keçirilən qabiliyyət imtahanının nəticələrini-esse yazılarını-yoxlayan heyətin üzvləri olaraq belə qərara gəliblər:

"Sadəcə dəhşətdir. Gəncləri qınamaq olmaz, onların təfəkkürləri də var, istedadları da, çalışqanlıqları da... "Görəsən, Səməd Vurğun, "Yurdum, yuvam, məskənimsən, Azərbaycan”,-deyəndə Bütöv Azərbaycanı, yoxsa  Azərbaycan Respublikasının ərazisini nəzərdə tutub?! Azərbaycan bütöv, tam olsaydı, yenə də cəfası səfasından çox olardımı?! Nə üçün Azərbaycanın bütün real qəhrəmanlarının taleyi faciə ilə nəticələnib?!”-cümlələrini yazan, esseni bu ruhda quran abituriyent, 11 sinif məzunu məntiqsiz, düşüncəsiz, mütaliəsiz və savadsız deyil, əksinə, görünür ki, həm tarixi bilgiləri, mütaliəsi, həm də milli ruhu yerindədir, normasındadır. Amma bu təfəkkürün, düşüncənin yazıda ifadəsi o qədər bərbad, dil normalarına uyğunsuzdur ki, oxuyub nə demək istədiyini anlamaq imkansız olur. 11 il dil tədrisi görmüş məzun niyə "da / də" şəkilçisini bağlayıcıdan, ədatdan fərqləndirə bilmir və şəkil, bağlayıcı, ədat anlayışından xəbərsizdir? İnversiya barədə anlayışları yoxdur.

 Cümlələrin başlanğıcı ilə sonucu arasında məntiq itir. Sözlər flektiv dillərin normasına salınır, yəni öndən, ortadan və sondan dəyişdirilir.

Bütün bunlar ali məktəbin jurnalistika fakültəsinə imtahan verən abituriyentlər üçün ümumi xarakterik hallardır və deməli, ümumilikdə orta məktəb məzunları üçün xarakterikdir. Adama elə gəlir ki, bu uşaqlara, ümumiyyətlə, Azərbaycan dili fənni tədris olunmayıb, dil normaları barədə bilgi verilməyib”.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:42 31.10.2020

Avropanın daha bir ölkəsində karantin elan edildi

23:23 31.10.2020

Düşmənin artilleriya və minaatan batareyaları məhv edilib - Video

23:03 31.10.2020

MN: Ermənistan ərazisinin atəşə tutulması xəbəri tamamilə yalandır

22:33 31.10.2020

Türkiyədə zəlzələ qurbanlarının sayı 35-ə yüksəldi

22:12 31.10.2020

Azərbaycanda şəhid analarına həsr edilmiş film çəkildi - VİDEO

22:11 31.10.2020

Türkiyə Prezidentinin sözçüsü COVID-19-a yoluxub

21:51 31.10.2020

Mixeil Saakaşvili: “Gürcüstanda hakimiyyət dəyişir”

21:38 31.10.2020

Azərbaycan Ordusunun döyüş ruhunu göstərən VİDEO

21:36 31.10.2020

Makron: “Mən Müsəlmanların hisslərini başa düşürəm”

20:30 31.10.2020

Baş Prokurorluq: "Vaaqn Çaxalyanla bağlı başladılan cinayət işi üzrə istintaq davam etdirilir"

20:12 31.10.2020

Düşmənin kəşfiyyat-diversiya qrupu məhv edilib və iki hərbi nəqliyyat vasitəsi sıradan çıxarılıb

18:46 31.10.2020

Erməni ordusunda hərbçi qıtlığının çirkin mənzərəsi – FOTO

18:27 31.10.2020

Cavaxetiya separatçısı ermənilərin Qarabağda döyüşməsi üçün yalvarır

18:10 31.10.2020

ETSN: İşğalçı Ermənistanın Şuşada meşələri yandırması bəşəri cinayətdir

17:53 31.10.2020

MN: Düşmənin ağır silahları havadan və yerdən aşkar olunaraq məhv edilir

17:30 31.10.2020

"Azərbaycan Ordusunda heç bir qadağan olunmuş silah yoxdur və istifadə olunmur"