Ağdamda ağır yol qəzası olub, ölən və yaralanan var

Ağdamda ağır yol qəzası olub, ölən və yaralanan var
SOSİAL
11:06 29.10.2022
276

Ağdam rayonunda ağır yol qəzası olub, ölən və yaralanan var.

Bu barədə AZXEBER.COM-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Ağdam rayonunun Quzanlı qəsəbəsi ərazisində rayon sakini N.Bayramov idarə etdiyi "Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakinləri Məlahət Hətəmxanovanı və Gülşən Hacıyevanı vurub.

Nəticədə M.Hətəmxanova hadisə yerində ölüb, G.Hacıyeva xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR